Pendiri indiyə kimi səhv yeyirmişik – mütəxəssislər xəbərdarlıq edir
Digərləri 06 Okt 2025 08:08:00 169 0
Səhər süfrələrinin ayrılmaz cütlüyü olan zeytun və pendir uzun illərdir birlikdə istehlak edilir.
Bu xəbəri də oxu: Yeni "AirPods" problemli çıxdı
Qidalanma mütəxəssisləri bildirir ki, həm zeytun, həm də pendir adətən turşulu və duzlu şəkildə hazırlanır, buna görə yüksək səviyyədə natrium (duz) ehtiva edir. Dietoloq Dr. Hannah Lister İngiltərədəki Nutrition Daily jurnalına açıqlamasında bildirib:
"Zeytun və pendiri birlikdə yemək bədənə həddindən artıq duz yükləmək deməkdir. Bu, böyrəklərin balansını poza, qan təzyiqini yüksəldə və uzun müddətdə ürək xəstəliklərinə səbəb ola bilər."
Xüsusilə hipertoniya, ürək və damar xəstəlikləri olan şəxslər bu vərdişdən uzaq durmalıdır. Mütəxəssislər kahvaltıda "ya zeytun, ya da pendir" prinsipini tövsiyə edirlər.
Zeytun tez həzm olunan qida olsa da, bəzi pendir növləri (kaşar, tulum, köhnə kaşar və s.) həzm müddətini uzadır. Bu fərqlilik mədə turşuluğunda balanssızlığa, şişkinlik, mədə yanması, reflü və həzm pozğunluğuna səbəb ola bilər. Dietoloq Dr. Elif Karaca bildirib:
"Səhərlər mədə narahatlığı yaşayanlar zeytun-pendir cütlüyündən eyni boşqabda istifadə etməməlidir. Zeytunu tək başına və ya pendiri günün daha sonrakı saatlarında yemək həzm prosesini asanlaşdırır."
Həm zeytun, həm də pendir fermentasiya olunmuş qidalardır. Eyni anda istehlak edildikdə, bağırsaq florasında "fermentasiya toqquşması" baş verə bilər. Bu vəziyyət qaz, qəbizlik, ishal kimi həzm problemlərinə yol açır və həssas insanlarda immun sistemi zəiflədə bilər.
Dr. Lister xəbərdarlıq edir: "Fermentasiya olunmuş qidalar tək başına faydalıdır, lakin eyni anda yeyildikdə mikrobial balans pozula bilər. Bu, həzm sisteminin tarazlığını sarsıdır."
Mütəxəssislər bildirir ki, problem sadə həll olunandır: zeytun və pendiri eyni boşqabda vermək əvəzinə, araya lifli tərəvəzlər qoymaq lazımdır. Pomidor, xiyar, yaşıl yarpaqlı tərəvəzlər və ya qoz həm həzmi dəstəkləyir, həm də duzun mənfi təsirlərini azaldır.
Lalə Qüdrətova Son.az
Oktyabr ayında üç bürcün nümayəndələri şəxsi həyatlarında əhəmiyy
 Ətraflı
 Ətraflı
                                                Yeni aparılmış tədqiqat göstərir ki, səhər erkən saatlarda yemək yaln�
 Ətraflı
 Ətraflı
                                                Hindistanın Madhya Pradeş əyalətində 11 uşağın ölümünə səbəb oldu�
 Ətraflı
 Ətraflı
                                                İnfarktın qəfil baş verdiyi düşünülür, lakin elm adamları bildirirlər
 Ətraflı
 Ətraflı
                                                Yel Universitetinin alimləri insan bədənində ağrı siqnallarını nəzarət
 Ətraflı
 Ətraflı
                                                Laktoza qarşı dözümsüzlük bir çox insanın qarşılaşdığı, lakin həl
 Ətraflı
 Ətraflı
                                                Göbələk demək olar ki bütün fəsillərdə ən çox istifadə olunan qidala
 Ətraflı
 Ətraflı
                                                Almaniyanın Maks Plank İnstitutunun alimləri sadiqlik və uzunömürlülük a
 Ətraflı
 Ətraflı
                                                Magistratura imtahanlarının məzmununda dəyişikliyin ediləcəyi bildirilir.
 Ətraflı
 Ətraflı
                                                Son dövrlər internet məkanında, xüsusən də sosial media platformasında v
 Ətraflı
 Ətraflı
                                                Mövsüm dəyişiklikləri ilə birlikdə soyuqdəymə, qrip və xüsusilə quru
 Ətraflı
 Ətraflı
                                                Hər səhər alarm çalanda bir neçə dəqiqə daha yatmaq üçün ertələ dü
 Ətraflı
 Ətraflı
                                                İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet və t
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            