ABŞnin bu addımı münasibətlərə zərbə vura bilər Putin
Dünya 05 Okt 2025 16:34:00 208 0
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya uzaqmənzilli "Tomahawk" raketləri verməsi ehtimalı ilə bağlı ciddi xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Trampdan Çinlə bağlı mühüm QƏRAR
Son.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Onun sözlərinə görə, bu cür addım Moskva ilə Vaşinqton arasında yaranmış müsbət siqnalları aradan qaldıra və ikitərəfli münasibətlərdə yeni gərginlik dalğasına səbəb ola bilər.
Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasından sonra jurnalist Pavel Zarubinə danışan Putin bildirib ki, Rusiya belə bir qərarın nəticələrinin ciddi olacağını hesab edir.
"Artıq qeyd etmişəm ki, bu tip silahların tədarükü mövcud münasibətlərdə müəyyən qədər görünən müsbət dinamikanı məhv edəcək. Mən bu fikirləri birmənalı şəkildə dilə gətirirəm. Ancaq proseslərin necə inkişaf edəcəyi təkcə bizdən və ya şəxsən məndən asılı deyil",- deyə o vurğulayıb.
Xatırladaq ki, sentyabrın sonunda ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Ukraynanın Rusiya ərazisinə hücum məqsədilə uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərin qaldırılmasına açıq olduğunu bildirmişdi. Lakin Tramp məsələ ilə bağlı konkret qərar verməmişdi.
Bundan sonra ABŞ vitse-prezidenti Cey Di Vens mətbuata açıqlamasında Ukraynaya "Tomahawk" raketlərinin mümkün tədarükünün müzakirə mövzusu olduğunu təsdiqləyərək, yekun qərarın prezident Trampa məxsus olduğunu bildirmişdi.
Kənan Son.az
Türkiyənin Tekirdağ vilayətinin Marmaraereğlisi sahilləri yaxınlığında
 Ətraflı
 Ətraflı
                                                Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, oktyabrın 5-nə k
 Ətraflı
 Ətraflı
                                                Payız-qış sezonunun ən çox sevilən tərəvəzlərindən biri olan çuğund
 Ətraflı
 Ətraflı
                                                İran parlamenti rəsmi pul vahidi olan tüməndən dörd sıfırın silinməsin
 Ətraflı
 Ətraflı
                                                Tibbi-meteoroloji proqnoz açıqlanıb.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
 Ətraflı
 Ətraflı
                                                2025-ci il oktyabrın 4-də Niderland Krallığının Haaqa şəhərinin mərkə
 Ətraflı
 Ətraflı
                                                "Kanal D"nin fenomenal serialı "Eşref Rüya" hər çərş�
 Ətraflı
 Ətraflı
                                                "Deputat Hikmət Babaoğlu bu məsələdə mövqeyini bildirib, amma proble
 Ətraflı
 Ətraflı
                                                5 oktyabr gecəsi Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye şəhərinə
 Ətraflı
 Ətraflı
                                                Gürcüstanın hakim partiyası "Gürcü Arzusu - Demokratik Gürcüstan&qu
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses yenidən səhnəyə çıxa
 Ətraflı
 Ətraflı
                                                Fransalı idmançı Orelyen Fontenua velosipedlə Eyfel qülləsinin zirvəsinə
 Ətraflı
 Ətraflı
                                                Kriptovalyutanın dəyəri "Binance" platformasında sürətlə artara
 Ətraflı
 Ətraflı
                                                ABŞ-də 1959-cu il model "Ferrari 250 Testa Rossa"nın surəti 720 mi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            