“Pərvin Xəlilova əməllərini pərdələyir” Uşaq həkim səhvindən problemli doğulub?
Digərləri 01 Okt 2025 17:07:00 217 0
"Təxminən on gün öncə bacım Gülənay Məmmədovanın "Məlhəm" hospitalda ilk övladı dünyaya gəldi, amma həkim səhlənkarlığından uşaq problemli doğuldu".
Bu xəbəri də oxu: Pambıq və ya fırça ilə dırnağa çəkin göbələyin kökünü kəsir
Son.az xəbər verir ki, bu barədə jurnalist Ulucay Akif sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var: "Kompüter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm "Məlhəm" xəstəxanasının həkimləri, həm də digər xəstəxanaların həkimləri təsdiq edirlər. Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. "Məlhəm" hospitalı özü də bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır neçə gündür. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır.
Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. Buna aid mesajlar da yazıb bacıma və prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik".
Şikayətçi qeyd edib ki, həkim problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanması ilə əlaqələndirib: "Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində, həmçinin "Məlhəm" hospitalında müayinələr zamanı bacıma bu cür problemlərin olduğu deyilməyib. Ciyənin iki dəfə uşağın boynuna dolanmasını sentyabrın 3-də USM müayinəsi nəticəsində bilmişik. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi. Hazırda "Məlhəm" hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də..."
Qafqazinfo.az problemlə bağlı "Məlhəm" hospitalla əlaqə saxlayıb. Xəstəxanadan şikayətin əsassız olduğunu, bu gün hadisə ilə bağlı tibb müəssisəsində mətbuat konfransının təşkil olunacağı bildirildi.
Türkiyədə 6-cı mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dü
 Ətraflı
 Ətraflı
                                                Mətanət Əliverdiyeva aparıcısı olduğu verilişdə kövrək anlar yaşayı
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Ramiz Quliyevin vəziyyətində müsbət dinamika davam edərsə, s
 Ətraflı
 Ətraflı
                                                Son.az xəbər verir ki, şikayətçi iddia edir ki, 2017-ci il istehsalı olan
 Ətraflı
 Ətraflı
                                                Oktyabrın 2-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
 Ətraflı
 Ətraflı
                                                "Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti
 Ətraflı
 Ətraflı
                                                Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 Ətraflı
 Ətraflı
                                                Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İ
 Ətraflı
 Ətraflı
                                                Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivind
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya
 Ətraflı
 Ətraflı
                                                TRT-nin əməkdaşı Qəzza zolağında həlak olub.
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin ilk səkkiz ayında Rusiyada aparılan yoxlamalar zamanı 111 tonda
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan "INMerge
 Ətraflı
 Ətraflı
                                                ABŞ-də aktivist məktəb şurasında etiraz əlaməti olaraq soyunub.
 Ətraflı
 Ətraflı
                                                Müğənni Şəbnəm Tovuzlunun atasının səhhətində problem yaranıb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            