Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
Digərləri 01 Okt 2025 15:30:00 220 0
Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan "INMerge" İnnovasiya Sammiti (INMerge Innovation Summit) "Paşa Holding"in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı. 29-30 sentyabr 2025-ci il tarixlərində baş tutan tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyalar, investorlar, startaplar və ekosistem oyunçularını bir araya gətirərək regional innovasiya mühiti üçün əhəmiyyətli platforma oldu.
Sammitin açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev çıxış etdilər. Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açdığını vurğulayaraq son 20 ildə Azərbaycana cəlb edilən 344 milyard dollardan çox sərmayənin 210 milyard dollardan çoxunun qeyri-neft sektoruna yönəldiyini vurğuladı. "Paşa Holding"in Baş İcraçı direktoru Cəlal Qasımov isə tədbiri Mərkəzi Avrasiyanın aparıcı innovasiya forumu adlandıraraq onun regional əhəmiyyətini qeyd etdi. 5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondun qatıldığı tədbirdə "Pixar"ın qurucusu Edwin Catmull, "OpenAI"ın keçmiş "Go-To-Market" rəhbəri Zack Kass və Harvard professoru Tarun Khanna kimi qlobal liderlər panel müzakirələrində iştirak etdilər.
Qeyd edək ki, Bir ekosistemi sammitdə öz brendləri olan Birbank, Birmarket, m10 və Trendyol Azərbaycan ilə təmsil olundu. Tədbir çərçivəsində Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov "Keçiddən transformasiyaya: İnnovasiya və inkişaf üçün institutlar quran liderlərin yetişdirilməsi" (From Transition to Transformation: Developing Leaders Who Build Institutions for Innovation and Growth) adlı panel müzakirəsində çıxış etdi. Müzakirədə liderlərin üzləşdiyi çətinliklər və davamlı öyrənmənin zərurəti vurğulandı. O, həmçinin "Şirkətlər liderlər yaradır, yoxsa liderlər şirkətləri formalaşdırır?" sualına toxunaraq bu münasibətin dinamik və ikitərəfli bir proses olduğunu ifadə etdi.
Birbank-ın Baş İcraçı direktoru Fərid Hüseynov da tədbirin ilk günündə "Bankçılıqdan daha çoxu: İnkişaf edən fintex ekosisteminin formalaşdırılması" (Beyond the bank: Growing a thriving fintech ecosystem) adlı panel müzakirəsində iştirak etdi. O, bankçılığın gələcəyi, fintex ekosisteminin inkişafı və rəqəmsal transformasiyanın vacibliyi barədə dəyərli fikirlərini bölüşdü.
ABŞ-də aktivist məktəb şurasında etiraz əlaməti olaraq soyunub.
 Ətraflı
 Ətraflı
                                                Müğənni Şəbnəm Tovuzlunun atasının səhhətində problem yaranıb.
 Ətraflı
 Ətraflı
                                                Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında baş verən insident
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, bu gün Bakıda İtaliya-Azərbaycan Universitetinin il
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda ailə qurmaq və övlad sahibi olmaq hər bir cütlüyün arzusu o
 Ətraflı
 Ətraflı
                                                Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və bir
 Ətraflı
 Ətraflı
                                                Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəs
 Ətraflı
 Ətraflı
                                                Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.
 Ətraflı
 Ətraflı
                                                2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyas�
 Ətraflı
 Ətraflı
                                                İş həyatınızda əhbərlikdə və ya karyera istiqamətində dəyişiklik ol
 Ətraflı
 Ətraflı
                                                Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatı
 Ətraflı
 Ətraflı
                                                Xalq şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzr
 Ətraflı
 Ətraflı
                                                Medianın İnkişafı Agentliyi "TRT"nin əməkdaşının Qəzzada hə
 Ətraflı
 Ətraflı
                                                Elgiz Əkbər müğənni Müjgan Ayxanla ilk tanışlığından danışıb.
 Ətraflı
 Ətraflı
                                                Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişk
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            