““AzParking” işçilərinin gündə cəmi 1 dəfə təbii ehtiyaclarının ödəmək icazəsi var"
Digərləri 30 Sen 2025 16:15:00 206 0
"AzParking" MMC-nin işçisi əmək şəraiti ilə bağlı narazılığını bildirib.
Bu xəbəri də oxu: Bakıda dəhşətli piyadavurma hadisələrinin anbaan görüntüləri
Sosial şəbəkələrdə yayılan videoya əsasən, əməkdaş bildirir ki, təbii ehtiyaclarının ödənilməsi ilə bağlı gündə cəmi 1 dəfə icazə var:
"Bir qarın çörəyə görə digər bələdçilər də sakit qalırlar".
Bəs bu iddialar nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı Son.az-a "AzParking" MMC-nin məsul şəxsi İsmayılova Höküməxanım bildirib ki, sözügedən məlumatların həqiqəti əks etdirməyib, qərəzli xarakter daşıyır:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam qorunur. Parklanma xidməti üzrə bələdçilərimiz növbəli qrafiklə çalışırlar:
Birinci növbə: 07:00 - 14:30 İkinci növbə: 14:30 - 22:00
İş günü ərzində 1 saat nahar fasiləsi təmin edilir. Əməkdaşlarımız fasilələrdən sərbəst istifadə etmək hüququna malikdirlər. Onu da qeyd edək ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət tərəfindən heç bir məhdudiyyət qoyulmamış, rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməmişdir, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilmişdir.
Bayram günlərində işə çıxan əməkdaşlarımıza qanunvericiliyə uyğun şəkildə və normalar daxilində əmək haqqı ödənilir. Bütün əməkdaşlar ödənişli və ödənişsiz məzuniyyət hüququna sahibdirlər. Şirkət sosial məsuliyyət prinsiplərinə uyğun olaraq həssas əhali qruplarından işə qəbul həyata keçirir. Komandamızda çoxuşaqlı ailə başçıları, övladını tək böyüdən atalar, təhsilini davam etdirən tələbələr və əlilliyi olan şəxslər çalışır. Onların bir çoxu digər şirkətlərdə iş tapa bilmədiyi halda "AzParking" ailəsinə qoşularaq iş sahibi olmuşlar".
Şirkətdən yayılan videoda səslənən iddialara cavab olaraq isə qeyd olunub ki, audit əməkdaşlarının vətəndaşların sessiyalarını bağlaması barədə iddia həqiqəti əks etdirmir:
"Audit əməkdaşlarının belə bir səlahiyyəti yoxdur, sessiyalar yalnız sistem üzərindən və tam izlənilə bilən şəkildə idarə olunur.Baş bələdçilərin işə qəbul edilmə prosesi barədə iddia reallığa uyğun deyil. Baş bələdçi daxili dəyərləndirmə nəticələri, performans göstəriciləri, liderlik və komanda idarəetmə kompetensiyalarına əsasən seçilir. İpatrul sürücülərinin işə götürülməsi barədə iddia əsası yoxdur. İpatrul sürücüləri müsahibə və sənədləşmə yolu ilə işə qəbul olunur. "AzParking" MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək, eyni zamanda əməkdaşlarımızın hüquqlarını qorumaqdır. Qərəzli məlumatlara faktlarla cavab verəcək, fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsipləri üzərində davam etdirəcəyik".
Aysel Əkbər Son.az
İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların əhatə da
 Ətraflı
 Ətraflı
                                                Hollivud aktrisası Nikol Kidman və məşhur müğənni Kit Urban 19 illik evli
 Ətraflı
 Ətraflı
                                                Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim norma
 Ətraflı
 Ətraflı
                                                "Bir qrup xəstəliklər var ki, onlara pulsuz dərmanlar verilir. Bunlar d
 Ətraflı
 Ətraflı
                                                Mersinin Tarsus rayonunda 27 yaşlı Pelin Kıyqa yaşayış binasının 7-ci m�
 Ətraflı
 Ətraflı
                                                Texnologiya dünyasında yeni bir mərhələ başlayır - fiziki SİM kartların
 Ətraflı
 Ətraflı
                                                İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərb
 Ətraflı
 Ətraflı
                                                "Azərbaycanda icbari tibbi sığorta ilə bağlı böyük addımlar atıl�
 Ətraflı
 Ətraflı
                                                Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində silahlılar hərb
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Elgizlə izlə"
 Ətraflı
 Ətraflı
                                                Mars və Plutonun güclü qarşılıqlı təsiri bəzi bürclər üçün həyatd
 Ətraflı
 Ətraflı
                                                "Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdi
 Ətraflı
 Ətraflı
                                                Hollivud ulduzu Coş Hartnett Kanadada yol qəzasına düşərək xəstəxanaya
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            