Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Digərləri 30 Sen 2025 09:20:00 183 0
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Bu xəbəri də oxu: Avtomobillərdə çipli nömrələr ləğv olundu RƏSMİ
Son.az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ay�
 Ətraflı
 Ətraflı
                                                Müğənni Elit Star Cəmilə qalmaqallı fikirləri ilə gündəmə gəlib.
 Ətraflı
 Ətraflı
                                                Böyrəklər bədənin sağlam fəaliyyəti üçün həyati əhəmiyyət daşıy
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin oktyabr ayı bir çoxları üçün dönüş nöqtəsi olacaq, lakin
 Ətraflı
 Ətraflı
                                                Son illərdə ürək-damar xəstəlikləri daha gənc yaşlarda görünməyə ba
 Ətraflı
 Ətraflı
                                                Astroloqlar, nümayəndələri ən çox qayğıkeş, etibarlı və sadiq tərəf
 Ətraflı
 Ətraflı
                                                Alman alimlərinin apardığı geniş araşdırma qadınların menstruasiya döv
 Ətraflı
 Ətraflı
                                                Çinli alimlər tibbdə inqilabi yeniliyə imza atıb.
 Ətraflı
 Ətraflı
                                                Son illərdə elektrikli avtomobillərin sayı sürətlə artır. Lakin mütəx�
 Ətraflı
 Ətraflı
                                                Havaların soyuması ilə birlikdə artan soyuqdəymə və qrip hallarına qarş
 Ətraflı
 Ətraflı
                                                Son araşdırmalar göstərir ki, kolon divarında eyni vaxtda inkişaf edən ik
 Ətraflı
 Ətraflı
                                                Süfrələrimizdə tez-tez yer alan və bir çox insanın sevimlisi olan bəzi q
 Ətraflı
 Ətraflı
                                                "Üzeyir bəyin 140 illiyinə həsr olunmuş tədbirlə bağlı Cabirə zə
 Ətraflı
 Ətraflı
                                                Yalovanın Çınarcık rayonunda yaşadığı mənzilin altıncı mərtəbəsind
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            