Maşınla adam öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"
Digərləri 23 Sen 2025 12:05:00 220 0
Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Esmira Binnətəliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bu xəbəri də oxu: Pambıq və ya fırça ilə dırnağa çəkin göbələyin kökünü kəsir
Son.az pravda.az-a istinadla xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 29 yanvar 2025-ci il tarixdə, saat 13:50-də Zərdab-Ağcabədi yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
Belə ki, Esmira Binnətəliyeva sərxoş halda idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolun sağ kənarında dayanmış maşının qapısını açaraq düşən Rafiq Məmmədovu vurub. Nəticədə kişi hadisə yerində ölüb.
Hadisədən sonra Esmira Binnətəliyeva saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə Esmira Binnətəliyeva özünü təqsirli bilərək ifadəsində göstərib ki, sürücülük təlimi məktəbində müəllim işləyib. O bildirib ki, qan azlığından əziyyət çəkdiyindən həkimin məsləhəti ilə yarım stəkan çaxır içib: "Sonra yaşadığım evdən çıxıb Ağcabədi rayonu, Hüsülü kəndində 40 mərasimində iştirak etmək üçün yola düşdüm. Həmin gün saat 13:50-də maşınla hərəkətdə olarkən nəqliyyat vasitəmin arxasında hərəkətdə olan "QAZel" markalı avtomobil ötmə əməliyyatına keçdi. Bu səbəbdən də həmin avtomobilə şərait yaradılmasından ötrü maşınımı yolun sağ kənarına çəkdim. Həmin vaxtı yol kənarında dayanmış "Mercedes Benz" markalı avtomobilin sürücüsünün qəfildən maşının qapısını açıb düşdüyünü gördüm. Həmin an dərhal ayağımı əyləcə sıxsam da, həmin şəxsi vurdum".
Təqsirləndirilən şəxs hazırda tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını deyərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
Sosial şəbəkələrin psixi sağlamlığa təsiri barədə geniş yayılmış
 Ətraflı
 Ətraflı
                                                Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx
 Ətraflı
 Ətraflı
                                                Beynəlxalq siyasətdə ilk baxışdan dar və ixtisaslaşmış görünən hadis
 Ətraflı
 Ətraflı
                                                Rusiya prezidenti Vladimir Putinin dünyaya gəlişinə səbəb olan ailə hekay
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkda�
 Ətraflı
 Ətraflı
                                                Ankara Baş Prokurorluğu Böyükşəhər Bələdiyyəsinin 2021-2024-cü illə
 Ətraflı
 Ətraflı
                                                Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi g
 Ətraflı
 Ətraflı
                                                İsrailin beynəlxalq təcridi günü-gündən dərinləşir. Söhbət təkcə s
 Ətraflı
 Ətraflı
                                                Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni
 Ətraflı
 Ətraflı
                                                Quba yolunda ağır qəza baş verib.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağı
 Ətraflı
 Ətraflı
                                                Daha bir bankda tariflərlə bağlı dəyişiklik edilib.
 Ətraflı
 Ətraflı
                                                Türkiyə gözəli İdil Bilgen ABŞ-də həkimlik fəaliyyətinə başlayıb.
 Ətraflı
 Ətraflı
                                                Astroloqların proqnozuna görə, bəzi bürclər üçün çətinliklər dövrü
 Ətraflı
 Ətraflı
                                                İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə o
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            