Aİnin xüsusi nümayəndəsi Naxçıvana getdi
Siyasət 30 Avq 2025 19:41:00 240 0
Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu xəbəri də oxu: Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb
Son.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi məlumat yayıb.
Qonağı qədim diyar Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edən səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat əlaqələri kəsilib. Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir.
Fuad Nəcəfli zəngin təbii resurslara malik olan Naxçıvanda alternativ enerji, logistika və turizm sektorlarında mühüm layihələrin icra olunduğunu diqqətə çatdıraraq müxtəlif sahələrdə böyük investisiya perspektivlərinin olduğunu vurğulayıb.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Avropa İttifaqının regional bağlantılara, habelə nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Yazıçı və aparıcı Həmid Herisçi açıqlaması ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens dövlət başçısı Donald Trampın
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə toy mərasimindən sonra açılan atəş nəticəsində bəy aldı�
 Ətraflı
 Ətraflı
                                                Müğənni Lətifə Soyuözün təhlükəli anlar yaşayıb.
 Ətraflı
 Ətraflı
                                                Son araşdırmalar göstərir ki, balıq yemək qadınlarda uzunömürlülüyə
 Ətraflı
 Ətraflı
                                                "Huawei" ilə birgə hazırlanmış böyük krossover "Aito Seres
 Ətraflı
 Ətraflı
                                                Süd vəzi xərçənginin ilkin əlamətlərinə döş qəfəsi nahiyəsində to
 Ətraflı
 Ətraflı
                                                Rəqqasə Fatimə Fətəliyeva yay tətillərini davam etdirir.
 Ətraflı
 Ətraflı
                                                Meyxanaçı Rəşad Dağlının sosial şəbəkələrdə yayılan görüntüsü
 Ətraflı
 Ətraflı
                                                Bəzən evdəki xoşagəlməz qoxunu hətta bahalı vasitələrlə də aradan qa
 Ətraflı
 Ətraflı
                                                Alimlər boynundan metr uzunluğunda sünbüllər çıxan, zirehli dinozavrın q
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            