"Amerikaya qarşı üçlü ittifaq formalaşıb" Politoloq
Siyasət 15 Mar 2025 15:46:00 443 0
"Pekində İranın nüvə problemi ilə bağlı keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflərin birgə yaydıqları bəyanatda bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağa çağırış edilib. Görüşdə iştirak edən 3 ölkənin xarici işlər nazirlərinin müavinləri sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar. Aydındır ki, çağırışın ünvanı Amerika Birləşmiş Ştatlarıdır. Rusiya, Çin və İrana qarşı müxtəlif sanksiyaları tətbiq edən ABŞ-dır. Rusiya, Çin və İran təmsilçiləri qarşılıqlı hörmətə əsaslanan siyasi və diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu vurğulayıblar".
Bu xəbəri də oxu: 8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib
Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, tərəflər məsləhətləşmələri və əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.
"Bu o deməkdir ki, Moskva, Tehran və Pekin ABŞ-la mübarizədə səylərini birləşdirməyə qərar veriblər. ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyərkən, qarşısında daha böyük ittifaq görmüş olur. Vaşinqtonun bu ölkələrin hər biri ilə problemləri mövcuddur. Vaşinqton Moskvaya təzyiq edir ki, Ukrayna ilə atəşkəsə razılaşsın, Tehrana təzyiq edir ki, nüvə çalışmalarından və bölgədəki silahlı qrupları dəstəkdən əl çəksin, Pekinə təzyiq edir ki, idxal-ixrac əməliyyatlarını balanslaşdırsın, o cümlədən hərbi gücünü artırmaqla qonşu ölkələrə təhlükə yaratmasın".
Politoloq qeyd edib ki, Moskva atəşkəsə razılaşmaq istəmir, Tehran nüvə çalışmalarından əl çəkmir, Pekin isə iqtisadi gücünü hərbi gücünü artırmağa yönəldib. Təsadüfi deyil ki, Çinin bölgədə artan gücündən ABŞ və qonşu ölkələrlə yanaşı Böyük Britaniya da narahat olmağa başlayıb. Britaniyanın xarici işlər naziri David Lemmi bildirib ki, London Çinin Cənubi Çin dənizindəki "təhlükəli və sabitliyi pozan" fəaliyyətindən narahatdır. "Biz Çinin Cənubi Çin dənizində təhlükəli və sabitliyi pozan fəaliyyətlərindən narahatıq" deyən Lemmy X profilindəki yazısında bildirib ki, "Böyük Britaniya və dünya iqtisadiyyatı bu ticarət yollarının təhlükəsizliyindən asılıdır". Bu arada, ABŞ və Yaponiyadan sonra Böyük Britaniya da Filippinlə müdafiə və regional təhlükəsizlik sahəsini əhatə edən çərçivə sazişi imzalayıb.
Asya Son.az
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni görüntüləri
 Ətraflı
 Ətraflı
                                                ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya sülh danışıqlarının uğursuzlu
 Ətraflı
 Ətraflı
                                                Bıçaq sadəcə bir alət deyil, zövqlə və sevgi ilə bişirmək imkanı ver
 Ətraflı
 Ətraflı
                                                "Martın 13-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Resp
 Ətraflı
 Ətraflı
                                                Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün va
 Ətraflı
 Ətraflı
                                                Bu gün saat 08:55 radələrlərində Bakı-Ələt magistral yolun 55-ci klometr
 Ətraflı
 Ətraflı
                                                Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan
 Ətraflı
 Ətraflı
                                                Bakı Bulvarı Novruz bayramına xüsusi hazırlaşıb.
 Ətraflı
 Ətraflı
                                                15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü
 Ətraflı
 Ətraflı
                                                Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar o
 Ətraflı
 Ətraflı
                                                Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə bir
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Üzeyir Hacıbəy
 Ətraflı
 Ətraflı
                                                Müasir dövrdə dünyada mövcud olan mürəkkəb geosiyasi proseslər, qlobal
 Ətraflı
 Ətraflı
                                                İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            