Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Siyasət 19 Avq 2025 15:14:00 257 0
Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi "Qaz təchizatı haqqında" qanunu təsdiqləyib.
Bu xəbəri də oxu: 8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib
Son.az xəbər verir ki, yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.
Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.
Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.
Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
Finlandiya parlament binasında dəhşətli hadisə qeydə alınıb.
 Ətraflı
 Ətraflı
                                                Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsini
 Ətraflı
 Ətraflı
                                                "Yataqxana və hostellər. Layihələndirmə normaları" təsdiq edili
 Ətraflı
 Ətraflı
                                                Türkiyəli aktyor İbrahim Yıldız güclü küləyin təsiri ilə ağacın aş
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Beynəlxalq Bankı bank kartları ilə bağlı daha bir limit tətbi
 Ətraflı
 Ətraflı
                                                Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş inves
 Ətraflı
 Ətraflı
                                                "AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğ
 Ətraflı
 Ətraflı
                                                Zelenski Trampla görüşdə geydiyi kostyum barədə zarafat edib.
 Ətraflı
 Ətraflı
                                                Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə
 Ətraflı
 Ətraflı
                                                İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
 Ətraflı
 Ətraflı
                                                Avqustun 18-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq
 Ətraflı
 Ətraflı
                                                Avqustun 20-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Slova
 Ətraflı
 Ətraflı
                                                Hazırda Türkiyədə 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil al
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            