"Bu, bu tərbiyəsizliyin ən axırıncı nöqtəsidir"
Şou-biznes 16 Avq 2025 16:39:00 233 0
Aktrisa Məlahət Abbasova bəzi müğənniləri tənqid edib.
Bu xəbəri də oxu: “Xalq artisti” adı əlindən alına bilər
O, səhnədə arxasını tamaşaçılara dönərək mahnı oxuyan müğənniləri mədəniyyətsiz adlandırıb:
"Bizim vaxtımızda bir insana arxasını çevirib oturmaq, dönmək böyük mədəniyyətsizlik idi. İndi İnstaqramda qabağıma müğənnilər çıxır, mahnının ikinci saniyəsindən sonra arxasını dönüb sona qədər elə oxuyurlar. Niyə?".
Aktrisanın bu tənqidinə müğənnilərdən cavab gəlib.
Son.az xəbər verir ki, Xalq artisti Gülyanaq Məmmədova Qaynarinfo-ya açıqlamasında hər kəsin göz qarşısında olduğunu bildirib:
"Nə deyim, hər şey göz qarşısındadır. Məlahət xanımı çox sevirəm, onun özünə də, sənətinə də böyük hörmətim var".
Meyxanaçı-müğənni Samirə Yusifqızı isə hesab edir ki, Məlahət Abbasovanın bu iradı onların yaşıdlarına aid deyil:
"Məlahət xanım onu bizim nəsil üçün deməyib. Bizim nəslin sənət adamları belə hərəkət etməz. Biz səhnə mədəniyyəti görmüşük, ali təhsil almışıq, müəllimlərimizdən səhnədə necə davranmağı öyrənmişik. Tamaşaçı qarşısında ədəb-ərkanla dayanırıq. Səhnədə olan müğənninin tamaşaçıya arxasını çevirib mahnı oxuması hörmətsizlik yox, tərbiyəsizliyin ən axırıncı nöqtəsidir. Onlar da neyləsinlər, bu boyda pul xərcləyiblər, əziyyət çəkiblər, plastik həkimlərin əli ilə popolarını şişirdib şara döndəriblər. Onu göstərməlidirlər, ya yox. Hətta camaatın gözünə soxmalıdırlar ki, bu var. Burada sənətdən danışmağın yeri yoxdur. Bu, sənət deyil".
Meyxanaçı-müğənni bu məsələdə TV-ləri də günahlandırıb:
"Əslində onları bu günə efirlər qoyub. Onları reytinq xatirinə efirə dəvət edirlər. Nədir ki, bir-birini qırsınlar, qalmaqal olsun, efirə reytinq gəlsin. Onlar da bundan qürur duyurlar, elə bilirlər, elə belə də olmalıdır. Hətta bəziləri kredit götürüb arxasını şişirdib. Dar paltar da geyinib, arxasını camaatın gözünə soxurlar. Ayıbdır valah. İncəsənət, Azərbaycan musiqisi əgər bu gün arxadan ibarətdirsə, deməyə sözümüz yoxdur".
Aşıq Zülfiyyə də arxasını tamaşaçıya çevirən sənətçilərə irad bildirib:
"Bu olmaz. Mən istəmirəm ki, hər hansı bir sənətçi arxasını tamaşaçıya çevirsin. Hər bir sənət adamını zirvəyə qaldıran tamaşaçıdır".
16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
 Ətraflı
 Ətraflı
                                                İranın Xarici İşlər naziri Abbas Ərağçi IRNA-ya verdiyi müsahibədə bi
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin payız mövsümü yaxınlaşır və bu, yeni macəralar, fərqli m�
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət S
 Ətraflı
 Ətraflı
                                                Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş H�
 Ətraflı
 Ətraflı
                                                16.08.2025-ci il tarixində saat 10:50 radələrində Respublika Təcili və Tə
 Ətraflı
 Ətraflı
                                                İllər keçdikcə insanın görünüşü dəyişir, amma bəzi bürclər əksin
 Ətraflı
 Ətraflı
                                                Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəyin ad günü münasib
 Ətraflı
 Ətraflı
                                                Havaların hər keçən gün daha da isinməsi təkcə insan sağlamlığına de
 Ətraflı
 Ətraflı
                                                Rusiya Federasiyasının Kamçatka bölgəsində güclü zəlzələ qeydə alın
 Ətraflı
 Ətraflı
                                                Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıq
 Ətraflı
 Ətraflı
                                                "Möhtərəm cənab Prezidentin Ermənistanın baş naziri ilə Vaşinqtond
 Ətraflı
 Ətraflı
                                                Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nətic
 Ətraflı
 Ətraflı
                                                Aktyor Azər Axşam növbəti mövsümdə yeni kanalda tamaşaçıqarşısına �
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            