Bu ilin birinci yarısında yeni istilik elektrik stansiyası istifadəyə veriləcək
Digərləri 14 Mar 2025 12:03:00 403 0
Mingəçevir şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni İstilik Elektrik Stansiyasının (İES) 2025-ci ilin 1-ci yarısında istismara veriləcəyi gözlənilir.
Bu xəbəri də oxu: Rusiya bu azərbaycanlı qadını beynəlxalq axtarışa verdi
Son.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Hesabata əsasən, ümumi gücü 1880 meqavat təşkil edən İES-in tikinti işləri başa çatıb, avadanlıqlar (4 ədəd util qazan, 4 ədəd qaz turbini, 4 ədəd elektrik generatoru, 4 ədəd güc transformatoru) quraşdırılıb və ilkin olaraq 1 saylı qaz turbini ve 7 saylı buxar turbini test rejimində işə salınaraq enerji sistemə qoşulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki "Azərbaycan" İES-in ərazisində "Azərenerji" tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Bu stansiya "Azərbaycan" İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək.
Paralel olaraq, ümumi səmərəliliyi artırmaq üçün "Azərbaycan" İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilərək, 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Belə ki, 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7-ci və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək və beləliklə ildə 0,8-1,2 mlrd. kubmetr qaza qənaət olunacaq. Bu isə o deməkdir ki, yeni stansiyaya qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq. Eyni zamanda, yüksək səmərəliliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq və illik istehsal 12,5 mlrd. kilovat-saat təşkil edəcək.
Avropa İttifaqı (Aİ) tərəfindən Avropa Sülh Mexanizmi (EPF) çərçivəsi
 Ətraflı
 Ətraflı
                                                Beynəlxalq səviyyəli hökumət və qeyri-hökumət təşkilatları, habelə �
 Ətraflı
 Ətraflı
                                                2024-cü ilin noyabr ayından etibarən Azərbaycanda qızılca hadisələri qey
 Ətraflı
 Ətraflı
                                                "Onlar bizim dalımızca gələcəklər... Bilirəm ki, gələcəklər...&q
 Ətraflı
 Ətraflı
                                                "2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. man
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib
 Ətraflı
 Ətraflı
                                                Bu gün saat 05:30 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun
 Ətraflı
 Ətraflı
                                                2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ bölgəsində b
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən hüqu
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən sülh danış
 Ətraflı
 Ətraflı
                                                Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Sus kəndində
 Ətraflı
 Ətraflı
                                                İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
 Ətraflı
 Ətraflı
                                                Bu il Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdı
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            