Bir ailəyə düşən sosial yardımın orta məbləği nə qədər olub?
Digərləri 14 Mar 2025 11:45:00 417 0
"2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95% icra) təşkil edib".
Bu xəbəri də oxu: İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı
"Qafqazinfo" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nı təqdim edərkən bildirib.
"Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib.
Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib", - deyə Baş nazir bildirib.
***
Baş nazir əlavə edib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib: "2024-cü ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3% artıb, yaşayış minimumu ölkə üzrə 9,8% artıb. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub".
***
Əli Əsədovun sözlərinə görə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib: "Bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir.
Prezident İlham Əlyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib.
Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb. Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrılıb.
Bununla yanaşı qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılmışdır. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub.
Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 mlrd. manat olub".
***
"Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon. manat vəsait ayrılıb (artım 8,2%).
Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir", - deyə Baş nazir qeyd edib.
Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib
 Ətraflı
 Ətraflı
                                                Bu gün saat 05:30 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun
 Ətraflı
 Ətraflı
                                                2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ bölgəsində b
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən hüqu
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən sülh danış
 Ətraflı
 Ətraflı
                                                Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Sus kəndində
 Ətraflı
 Ətraflı
                                                İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
 Ətraflı
 Ətraflı
                                                Bu il Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdı
 Ətraflı
 Ətraflı
                                                Ukraynanın Xarkov vilayətinin Boquslavka kəndi ərazisində aktiv döyüşlə
 Ətraflı
 Ətraflı
                                                "Behzat Ç" kimi tanınan məşhur aktyor və Etimesqut bələdiyyəsi
 Ətraflı
 Ətraflı
                                                Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN)
 Ətraflı
 Ətraflı
                                                Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiym
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            