Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı
Dünya 02 Avq 2025 11:11:00 311 0
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda yerləşən əyləncə məkanında baş verən silahlı insident zamanı, spirtli içki qəbul edib davaya səbəb olan iki nəfər, məkanın sahibi Mustafa Aksakallını, məşhur aktrisa Ezgi Molanın keçmiş həyat yoldaşını ayağından güllələyib.
Bu xəbəri də oxu: Ermənistan bu ölkədən 12 qırıcı təyyarə alır
Son.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı yaşanan panika mobil telefon kamerasına da əks olunub.
Məlumata görə, hadisəni törədən iki nəfər saxlanılıb.
Hadisə necə baş verdi?
Gecə saatlarında Çeşmənin Hacıməmiş məhəlləsində yerləşən əyləncə məkanında içki içən M.E.A. və H.K.A. adlı şəxslər səs-küy salaraq çevrəyə narahatlıq yaradıblar. Buna qarşılıq olaraq məkanın sahibi Mustafa Aksakallı müdaxilə edib. Qısa müddətdə başlayan mübahisə əlbəyaxa davaya çevrilib və bu zaman şübhəlilərdən biri Aksakallıya tapança ilə atəş açıb. Aksakallı və Z.G. adlı başqa bir şəxs ayağından yaralanıb.
Qaçmağa çalışarkən xəsarət aldılar
Silah səsləri məkan daxilində böyük panikaya səbəb olub. İnsanlar təlaşla məkandan qaçmağa çalışıb. Bu zaman R.B.C. (33), D.B. (21), K.E. (20), A.İ.T. (20) və E.Y. (20) adlı şəxslər yerə səpələnmiş şüşə qırıntılarından yüngül xəsarət alıblar.
Hadisə kameraya düşdü
Ayağından vurulan Aksakallı yerə yıxılıb. Hadisə anı mobil telefon kamerası ilə lentə alınıb və görüntülərdə ard-arda 4-5 atəş səsi eşidilir. Əyləncə iştirakçıları silah səslərini eşidən kimi masaların altına girərək qorunmağa çalışıblar. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. İki şübhəli şəxs saxlanılıb.
7 yaralının vəziyyəti yaxşıdır
Yaralılar təcili tibbi yardım maşınları ilə Çeşmə Alper Çizgenakat Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlər bildiriblər ki, yaralanan 7 nəfərin də vəziyyəti yaxşıdır. Hadisə ilə bağlı araşdırma davam edir.
Kənan Son.az
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərh
 Ətraflı
 Ətraflı
                                                Yaxın Şərq onilliklər boyu müəyyən geosiyasi sabitliklərə əsaslanırd�
 Ətraflı
 Ətraflı
                                                Amerikalı müğənni və model Paris Cekson nişanlısı, prodüser Castin Lonq
 Ətraflı
 Ətraflı
                                                Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qa
 Ətraflı
 Ətraflı
                                                Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
 Ətraflı
 Ətraflı
                                                Avqustun 2-si, şənbə günü üçün ulduz falı bir neçə bürc üçün inan
 Ətraflı
 Ətraflı
                                                "Donald Trampın davranışları ölkəni qaranlıq bir dövrə sürükləy
 Ətraflı
 Ətraflı
                                                Ukrayna ilk dəfə olaraq Azərbaycan təbii qazını qəbul etməyə başlayıb
 Ətraflı
 Ətraflı
                                                Mütəxəssislər acqarına qəbul edilən pul bibər və qatıq qarışımını
 Ətraflı
 Ətraflı
                                                Perunun keçmiş prezidenti Pedro Pablo Kuçinskiyə 12 il müddətinə ev dusta
 Ətraflı
 Ətraflı
                                                Səhərlər rahat oyanmaq üçün ilk növbədə yuxu rejiminizi nizamlı saxlam
 Ətraflı
 Ətraflı
                                                Saç tökülməsi həm kişilər, həm də qadınlar üçün geniş yayılmış
 Ətraflı
 Ətraflı
                                                Digər millətlərdən fərqli olaraq, azərbaycanlılar 40 dərəcə istidə qa
 Ətraflı
 Ətraflı
                                                Yay aylarında kondisionerlər rahatlıq yaratsa da, bəzi hallarda sağlamlıq
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            