Bakıya gələn iş adamını "qaraçılar" soydu
Digərləri 27 İyl 2025 17:41:00 300 0
Səbail rayonunun Nizami küçəsində, "Torqovı" adlanan ərazidə Pakistan vətəndaşına qarşı soyğunçuluq edən 20 yaşlı qadın barəsində məhkəmə hökmü elan edilib.
Bu xəbəri də oxu: Günün bu vaxtında şokoladı qəti YEMƏYİN
Son.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Yevlax şəhərində anadan olmuş Ulduza Bukavizin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən), 177.2.4 (təkrar törədildikdə) və 177.2.5 (azyaşlı şəxs tərəfindən törədildikdə) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ulduza Bukavizin azyaşlı bacıları - 12, 15 və 16 yaşlarında olan qızlar, eləcə də iki digər qohumu ilə birlikdə həmin ərazidə dilənçiliklə məşğul olublar.
Onlar "Torqovı"da gəzən üç Pakistan vətəndaşına yaxınlaşaraq pul istəyiblər. İstəkləri cavabsız qaldıqda, qadınlar Jameel adlı Pakistanlı iş adamını əhatəyə alıblar. Bu zaman qızlardan üçü onun diqqətini yayındırmağa və israrla pul istəməyə başlayıblar. Onlardan biri hətta əlləri ilə onun ayaqlarından tutaraq yalvarışla pul istəyib. Bu vaxt Ulduzanın 12 yaşlı bacısı Leyla Bukavizin gizlicə iş adamının cibindən 3500 ABŞ dolları götürüb və ərazidən uzaqlaşıblar.
Əldə olunan pul Ulduza Bukavizin bacıları və qohumları arasında bölüşdürülüb.
Zərərçəkmiş şəxs - iş adamı Jameel - ifadəsində bildirib ki, Pakistan İslam Respublikasının vətəndaşıdır, işləri ilə bağlı həm Pakistanda, həm də Dubayda yaşayır. Azərbaycana isə investisiya yatırmaq və iş qurmaq məqsədilə gəlib. O, hadisə ilə bağlı Ulduza Bukavizindən şikayətçi olmadığını, maddi ziyanın isə ödənildiyini qeyd edib.
Məhkəmənin hökmü ilə Ulduza Bukavizin barəsində 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin müddət ərzində o, Yevlax rayonunun ərazisini tərk etməməli və elektron nəzarət qolbağı ilə nəzarətdə saxlanılacaq.
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Dünyaca məşhur ulduz Cennifer Lopez 56-cı doğum günündə parlaq və gənc
Türkiyədə indiyədək qeydə alınmış ən yüksək hava temperaturu ölçü
Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel a
23 yaşlı Ağdam rayon sakini Qax Rayon Mərkəzi Xəstəxanasında həyatını
Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr ara
Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət
İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıql
"Allah mənə nəyi nəsib etdisə, rəva bildisə, harada, hansı məqamda
Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilb�
Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə bağlı nəqliyyat vasitəl
Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı r
"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər.
