C vitamininin payızda
Digərləri 01 Noy 2025 18:15:00 63 0
"Payızda C vitamini və digər qida əlavələrinin nəzarətsiz şəkildə istifadəsi soyuqdəymə riskini azaltmır və xəstəliyin gedişatını yüngülləşdirmir".
Bu xəbəri də oxu: İstirahır gününün havası AÇIQLANDI
Son.az-ın xəbərinə görə, bu barədə rusiyalı professor, Avropa Tibb Mərkəzinin daxili xəstəliklər klinikasının rəhbəri və terapevt Svetlana Kanevskaya Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
Əvvəlki tədqiqatlar göstərib ki, C vitamini həqiqətən də immunitet sistemini dəstəkləməyə qadirdir. Lakin belə təsir təbii olaraq əldə edilir, o şərtlə ki, bədəndə maddənin konsentrasiyası norma həddinə olsun. Kanevskayanın sözlərinə görə, C vitamini çox yüksək dozada qəbul edildikdə, artıq doza heç bir fayda gətirmir.
"Əgər bir insanda laborator təsdiqlənmiş çatışmazlıq yoxdursa, C vitamini, sink və ya multivitaminlərin yüksək dozaları zərərli ola bilər - qaraciyər və ya böyrəklərin həddindən artıq yüklənməsinə, həmçinin vitamin və mineralların balanssızlığına gətirib çıxara bilər. Bu ona görə baş verir ki, bəzi maddələrin hədddən artıq olması digərlərinin udulmasını bloklaya bilər", - deyə Svetlana Kanevskaya qeyd edib.
Həkim vurğulayıb ki, C vitamininin həddindən artıq dozası böyrək daşı olan insanlar üçün xüsusilə təhlükəlidir. İş orasındadır ki, askorbin turşusu emal edildikdə başqa bir turşuya - oksalata çevrilir. Sidikdə oksalatın konsentrasiyası yüksək olduqda isə o, kalsiumla birləşərək kristallar əmələ gətirir.
Mütəxəssisin sözlərinə görə, insanın immun müdafiəsini formalaşdırmaq və mühafizə etmək üçün illər lazımdır. Bu prosesdə əsas əhəmiyyəti "möcüzəvi" həblərin və tozların birdəfəlik qəbulu deyil, keyfiyyətli yuxu, tam şəkildə qidalanma, fiziki aktivlik, stressin idarə edilməsi və xroniki xəstəliklərə nəzarət təşkil edir. /Oxu.Az
Müğənni Təranə Qumral "Öz aramızda" verilişində həyat yolda�
Qısa videolar üzrə aparıcı platforma olan "TikTok" Azərbaycan ü
Sosial şəbəkədə yayılan bir video izləyiciləri kövrəldib.
"Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu "Çərç
Dubayda yaşayan bir milyarderin dəbdəbəli zövqü sosial mediada gündəm ya
Müğənni və model Müjgan Ayxandan maraqlı etiraf edib.
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin "Halloween" obrazı maraqla
"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük Kom
Asiyanın ən varlı ailələrindən olan Ambani ailəsi Dubayda 20 avtomobildə
Yubiley modeli "Apple" tarixində ən radikal dizayn dəyişikliyi ola
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına M
Müğənni Vəfa Şərifova paytaxtın istirahət məkanlarının birindən gör
Rusiyada xüsusi təyinatlı qüvvələr "Giya Sverdlovski" kimi tanı
