Azərbaycanda ev alarkən bu 10 əsas məqama mütləq diqqət edilməlidir
Digərləri 24 İyl 2025 11:45:00 412 0
Azərbaycanda mənzil alışı ilə bağlı risklər son illərdə daha çox aktual mövzuya çevrilib. Alıcılar arasında hüquqi, texniki və maliyyə problemləri ilə üzləşənlərin sayı getdikcə artır.
Bu xəbəri də oxu: Gündə bir ovuc qoz yeyin Beyni gücləndirir
Əmlak üzrə ekspert Mədət Ömərovun Son.az-a verdiyi açıqlamaya görə, xüsusilə ilk dəfə ev alan şəxslər üçün bəzi əsas məqamlar var ki, onlara əməl etməmək ciddi fəsadlara yol aça bilər.
Sənədləşmə və hüquqi status
Ekspert bildirir ki, hazırda satışda olan evlərin təxminən 30 faizi çıxarışsızdır.
"Kupçası olmayan mənzilləri nə ipoteka ilə almaq, nə də problemsiz satmaq mümkündür. Alıcı mütləq şəkildə evin çıxarışını, texniki pasportunu və kadastr kodunu yoxlamalıdır", - deyə Ömərov vurğulayıb.
Yerləşmə və infrastruktur
Mədət Ömərovun sözlərinə görə, mənzilin yerləşdiyi ərazi onun qiymətinə təxminən 60 faiz təsir edir:
"Nəqliyyata, məktəbə, xəstəxanaya, ticarət obyektlərinə yaxınlıq həm dəyərə, həm də yaşayış rahatlığına birbaşa təsir göstərir".
Tikinti şirkətinin etibarlılığı
"2023-cü ildə 50-dən çox tikinti şirkəti hüquqi çəkişmələrlə gündəmə gəlib. Şirkətin əvvəlki layihələrinə, təhvil vermə tarixlərinə və müştəri rəylərinə baxmadan qərar vermək ciddi riskdir. Yeni şirkətlərlə isə xüsusilə ehtiyatlı olmaq lazımdır", - ekspert xəbərdarlıq edir.
Qiymət və bazar dəyəri
Ekspertin sözlərinə görə, alıcıların 40 faizi mənzili bazar dəyərindən baha qiymətə alır:
"Eyni ərazidəki digər mənzillərlə müqayisə etmədən qərar vermək yanlışdır. Keyfiyyət, mərtəbə, planlama kimi detallara uyğun qiymət formalaşmalıdır."
Sahə və planlaşdırma
Yeni tikililərdə sahənin 15-20 faizi ümumi istifadə yerlərinə aiddir. Ömərov bildirir ki, alıcı real yaşayış sahəsini yoxlamalı və otaqların funksionallığına, gün işığına, ventilyasiyaya diqqət yetirməlidir.
Kommunal xidmətlərin vəziyyəti
"Yeni tikililərdə tez-tez qaz, su və elektrik xətlərinin hələ istifadəyə verilmədiyini görürük. Binanın rəsmi olaraq istismara qəbul olunub-olunmadığı mütləq yoxlanmalıdır," - deyə ekspert bildirir.
Tikintinin tamamlanma vəziyyəti
Mədət Ömərov deyir ki, hazır olmayan binadan mənzil almaq daha ucuz görünə bilər, lakin bu zaman risklər artır:
"2022-ci ildə Bakı və ətrafında tikintisi yarımçıq qalan layihələrin sayı 20 faizə qədər artıb. Müqavilədə təhvil tarixi və gecikmə cərimələri mütləq göstərilməlidir."
İzolyasiya və texniki keyfiyyət
Ekspertin fikrincə, evlərin təxminən 25 faizi səs və istilik izolyasiyası baxımından zəifdir. Alıcı divar materialları, pəncərə keyfiyyəti və istilik sistemi kimi texniki detalları yoxlamadan qərar verməməlidir.
Vasitəçilərlə iş
"Son illərdə alıcıların 35 faizi vasitəçilərlə problem yaşayıb. Rəsmi müqavilə ilə işləyən əmlak ofislərinə üstünlük verilməlidir. Pul ödənişləri zamanı isə qəbz alınması vacibdir," - deyə ekspert tövsiyə edir.
İnvestisiya baxımından gələcək dəyər
Mədət Ömərov qeyd edir ki, mənzili təkcə yaşamaq yox, investisiya aləti kimi dəyərləndirənlər ərazi üzrə inkişaf planlarına diqqət yetirməlidirlər:
"Məsələn, metro tikintisi planlanan ərazilərdə qiymətlər 2-3 il ərzində 40 faizə qədər artıb. Bu tip ərazilər uzunmüddətli gəlir baxımından daha əlverişlidir."
Ekspert son olaraq qeyd edir ki, mənzil alışı yalnız "xoş təsir" və vizual təəssüratla deyil, hüquqi, texniki və iqtisadi analiz əsasında aparılmalıdır.
"Sənədsiz evlər, natamam tikililər və şübhəli vasitəçilər alıcını illərlə problemə sala bilər. Bu 10 əsas məqamı nəzərə alan alıcı həm hüquqi təhlükəsizlik, həm də dəyərini qoruyan bir əmlaka sahib ola bilər", - deyə o, vurğulayıb.
Kənan Son.az
İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət
 Ətraflı
 Ətraflı
                                                İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkis
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan &q
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin tanınmış aktrisası Ece Uslu istirahət üçün getdiyi Çeşmə
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu g
 Ətraflı
 Ətraflı
                                                "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
 Ətraflı
 Ətraflı
                                                İyul ayı yekunlaşmaq üzrədir, amma ulduzlar bəzi bürclər üçün hələ
 Ətraflı
 Ətraflı
                                                Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, dünya ulduzu Nikol Şerzinger "Dream Fest"d�
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyevin daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan "An-24" tipli sər
 Ətraflı
 Ətraflı
                                                Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırıl
 Ətraflı
 Ətraflı
                                                Ötən il Azərbaycanda 25 min 929 yaşayış evi tikilərək istifadəyə veril
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            