İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
Siyasət 16 İyl 2025 20:18:00 304 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da "Sea Breeze" istirahət mərkəzində olublar.
Bu xəbəri də oxu: Favelalar planeti: Qanunun bitdiyi, xaosun başladığı yer
Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Sea Breeze"in təsisçisi Emin Ağalarov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.
Qeyd olunub ki, bu istirahət mərkəzini paytaxtdan cəmi 30 dəqiqəlik məsafə ayırır. Müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze" dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq.
"Sea Breeze"də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.
"Sea Breeze"də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Belə ki, burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb. Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"in əsas layihələri sahilboyu yerləşir.
"Sea Breeze"in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb. Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır. Son.az
Xəbərə aid video
Rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənist
 Ətraflı
 Ətraflı
                                                Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində &quo
 Ətraflı
 Ətraflı
                                                "Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss oluna
 Ətraflı
 Ətraflı
                                                Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions
 Ətraflı
 Ətraflı
                                                Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm M�
 Ətraflı
 Ətraflı
                                                Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiy
 Ətraflı
 Ətraflı
                                                Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS)
 Ətraflı
 Ətraflı
                                                Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.
 Ətraflı
 Ətraflı
                                                Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çi
 Ətraflı
 Ətraflı
                                                "Mən kilsəyə qarşı kampaniya apara bilmərəm və buna görə də heç
 Ətraflı
 Ətraflı
                                                Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�
 Ətraflı
 Ətraflı
                                                Müğənni Qumral Musayeva efirlərin birində qonaq olub. Son.az xəbər ve
 Ətraflı
 Ətraflı
                                                Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi
 Ətraflı
 Ətraflı
                                                Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxl
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                         
                                         
                                         
                                         
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            