Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub FOTO
Siyasət 12 Mar 2025 18:18:00 443 0
Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
Bu xəbəri də oxu: 8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, muzeyin direktoru Əminə Məlikova ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının "qızıl fondu"nu Azərbaycanın 7 regionunun - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Ali qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib və xalçatoxuma təcrübəsində iştirak edib.
Sonra Şimali Makedoniya Prezidentinə Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qordana Silyanovska-Davkova kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.
Daha sonra Şimali Makedoniya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonda ali qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə edilib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Şimali Makedoniya Prezidentində xoş təəssürat yaradıb.
Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı
 Ətraflı
 Ətraflı
                                                Xətai Sənət Mərkəzində "Shatu art group" tərəfindən təşkil
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi
 Ətraflı
 Ətraflı
                                                Bir vaxtlar çəkisi ilə gündəmdə olan məşhur "Victoria's Secret&
 Ətraflı
 Ətraflı
                                                FantazEU mədəniyyət festivalı çərçivəsində "Yaşıl Dünyamız&quo
 Ətraflı
 Ətraflı
                                                Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
 Ətraflı
 Ətraflı
                                                Xankəndi şəhərində separatçılarının qondarma "hökumət evi"
 Ətraflı
 Ətraflı
                                                Xurma həm dadlı, həm də çox faydalı bir meyvədir. Bu şirin meyvə Ramaza
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cin
 Ətraflı
 Ətraflı
                                                Bakının Xətai rayonu Xocalı prospektində piyada səkisinin qanunsuz zəbt o
 Ətraflı
 Ətraflı
                                                Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Sərxan Sərxan
 Ətraflı
 Ətraflı
                                                Son günlər "28 May" metrosunda musiqi səslənir.
 Ətraflı
 Ətraflı
                                                Şüarlarla dolu aksiyanın ən diqqətçəkən anı isə etirazçıların başl
 Ətraflı
 Ətraflı
                                                Məlum olub ki, onların təxminən yarısı Süd Yolunun mərkəzi qara dəliyi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            