Mirzə Qurbanov vəfat etdi
Kriminal 10 İyl 2025 23:20:00 336 0
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda "Polimer nano və aktiv kompozitlər fizikası" laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.
Bu xəbəri də oxu: Gürcüstan onu Azərbaycana təhvil verdi
Son.az report-a istinadla xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda böyük mühəndis vəzifəsində işləməyə başlayıb. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olan M.Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində "Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək "Eksperimental fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.
O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.
1985-ci ildə "Dielektriklərin və yarımkeçiricilərin fizikası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru professor adını alıb.
2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli elmi və elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq professor Fəxri Fərmanla təltif edilib.
2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən "İlin nüfuzlu ziyalısı" Ali media mükafatına layiq görülüb. M.Qurbanov elmi fəaliyyətinə görə beynəlxalq aləmdə tanınıb və Nobel mükafatına dəvət olunub.
Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala d�
 Ətraflı
 Ətraflı
                                                Yüksək temperaturda cinsi münasibət ürək-damar sisteminə ciddi risklər y
 Ətraflı
 Ətraflı
                                                Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib.
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
 Ətraflı
 Ətraflı
                                                Albaniyanın Baş naziri Edi Rama İtaliyanın Baş naziri Corciya Meloni ilə b
 Ətraflı
 Ətraflı
                                                Şəmkir rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın n
 Ətraflı
 Ətraflı
                                                İranın paytaxtı Tehranın Çitgar məhəlləsində yerləşən çoxmərtəbə
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa
 Ətraflı
 Ətraflı
                                                Rostov sakini körpənin meyitini bir ildən çox soyuducuda saxlayıb.
 Ətraflı
 Ətraflı
                                                Avstraliyada 36 yaşlı kişi təyyarədə ABŞ vətəndaşı olan qadına qarş
 Ətraflı
 Ətraflı
                                                Uzunmüddətli münasibətlərdə xəyanətin əsas səbəbi açıqlanıb.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə
 Ətraflı
 Ətraflı
                                                Biz ukraynalı uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətiri
 Ətraflı
 Ətraflı
                                                Düyü ilə bəzi yeməklərin bir yerdə qəbulu mədə-bağırsaq problemləri
 Ətraflı
 Ətraflı
                                                "Ford" şirkəti ABŞ-da 850 min avtomobili geri çağırmaq qərarın
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            