Xalq artisti İslam Rzayevin 90 illik yubileyinə həsr olunan gecə keçirilib FOTO
Kriminal 05 İyl 2025 16:14:00 332 0
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi çərçivəsində muğam ifaçılığı sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti İslam Rzayevin 90 illik yubileyinə həsr olunan gecə keçirilib.
Bu xəbəri də oxu: “Art Weekend” çərçivəsində daha bir sərgi “Əcdadlar”
Xatirə gecəsi xanəndənin ifasında video lentin nümayişi ilə başlanıb. Azərbaycan Milli Konservatoriyasının "İfaçılıq" fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Verdiyeva çıxış edərək bildirib ki, İslam Rzayev sənətdə özünəməxsus ənənələr yaradıb.
Xanəndənin formalaşmasında Seyid Şuşinski ilə yanaşı Bülbül, Xan Şuşinski kimi sənət korifeyləri də əsas örnək olmuşdur. O, bunların hər birinin ifaçılıq üslubunu, sənətkarlıq meyarını mənimsəmiş və özünəməxsus sənət yolunu seçə bilmişdir.
Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, yazıçı, şair, dramaturq Seyran Səxavət, Xalq artisti, professor Şəfiqə Eyvazova İslam Rzayevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, xanəndəlikdən əlavə İslam Rzayev bir çox bəstəkar mahnılarının əvəzolunmaz ifaçısı və unudulmaz pedaqoq kimi yaddaşlarda yaşayır.
Xanəndə pedaqoji fəaliyyətə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlamış, Azərbaycan Milli Konservatoriyasında həyatının sonunadək isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Solo oxuma" kafedrasının müdiri vəzifəsində davam etdirmişdir.
İslam Rzayevin ailəsi adından Arzu Şəmiyeva çıxış edərək xanəndənin əziz xatirəsinin yad edilməsində əməyi olanlara minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində Əməkdar artistlər Gülüstan Əliyeva, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva və xanəndələr Rövşən Əziz və Vüsal Qasımov çıxış ediblər. İfaçıları BMM-nin solisti Kamal Nuriyevin rəhbərliyi ilə instrumental heyət müşayiət edib.
Qeyd edək ki, İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib.
İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 70-dən artıq ölkədə qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib.
Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Baş tutan konsertlərində həyəcanlı anlar yaşanıb.
 Ətraflı
 Ətraflı
                                                Bakıda yolda yaranan vəziyyətə görə sürücünün maşını xarab olub.
 Ətraflı
 Ətraflı
                                                Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhə
 Ətraflı
 Ətraflı
                                                Müğənni Samir Bağırova görə öldürülən rəqqasə Rasimə Bəşirovan�
 Ətraflı
 Ətraflı
                                                Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında y
 Ətraflı
 Ətraflı
                                                Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətllə ba�
 Ətraflı
 Ətraflı
                                                Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün ye
 Ətraflı
 Ətraflı
                                                ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə apardığı d
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm
 Ətraflı
 Ətraflı
                                                Mövsümə görə Bakı və rayonlarda hovuzlu villaların qiyməti "alış
 Ətraflı
 Ətraflı
                                                Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insan
 Ətraflı
 Ətraflı
                                                Analara ən bağlı olan 4 kişi bürcü var və bu bürclərə aid kişilər an
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            