Ərdoğan buna görə Azərbaycana gələcək
Siyasət 02 Mar 2025 16:01:00 451 0
İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub.
Bu xəbəri də oxu: Favelalar planeti: Qanunun bitdiyi, xaosun başladığı yer
Son.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar danışıb.
Onun sözlərinə görə, İğdır-Naxçıvan boru kəmərində son tamamlanma işləri aparılır. Nazir əlavə edib ki, gələn həftə istifadəyə veriləcək qaz boru kəmərinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Eyni zamanda tədbirə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri də qatılacaq.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.(Report)
"Putini dayandırmalıyıq, əks halda özü dayanmayacaq".
 Ətraflı
 Ətraflı
                                                Bəzi bürclər var ki, təbiətcə çox sərt olurlar və səhvləri bağışla
 Ətraflı
 Ətraflı
                                                ABŞ rəhbəri Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Vo
 Ətraflı
 Ətraflı
                                                Hazırda oxunan: "Neftçilər"də təcili yardım avtomobili aşdı:
 Ətraflı
 Ətraflı
                                                NATO hazırkı formada ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya də
 Ətraflı
 Ətraflı
                                                Avstraliyada yaşayan 24 yaşlı Enni Holland 10 ildir heç bir şey yeyə bilmi
 Ətraflı
 Ətraflı
                                                Teleaparıcılar Zaur və Günay Baxşəliyevaların görüntüsü marağa səb�
 Ətraflı
 Ətraflı
                                                Əlindəki ziyili götürmək üçün xəstənaya müraciət edən və orada və
 Ətraflı
 Ətraflı
                                                Rusiyada miqrantların ailələrini gətirməsinə qadağa qoyulması ilə bağl
 Ətraflı
 Ətraflı
                                                Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyə
 Ətraflı
 Ətraflı
                                                Ağ Evdə Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri
 Ətraflı
 Ətraflı
                                                Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək
 Ətraflı
 Ətraflı
                                                Qatıq sevənlərdə bütün səbəblərdən ölüm nisbəti digərlərinə nisb
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            