Məmmədlidə vətəndaşın evini “sənəddə” başqası sahiblənib


Digərləri 11 İyn 2025 11:03:00 106 0

Məmmədlidə vətəndaşın evini “sənəddə” başqası sahiblənib

"İllərdir ki, Məmmədli qəsəbəsində yaşayırıq. Torpağımızın çıxarışı olsa da, evimizə "kupça" ala bilmirik. Səbəb isə odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PŞH-nin verdiyi çıxarışda yanlışlıqla torpağımızın koordinatları başqa ünvana verilib".

Son.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya Bakının Abşeron Rayonu, Məmmədli qəsəbəsində yaşayan bir qrup sakin müraciət edib. 

Onların iddialarına görə, yanlışlığı edən quruma dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb: "Elə sakinlər var ki, bu torpaqlar onların ata-baba yurdudur. Eləsi var ki, 10 ildir burada ev tikib yaşayır. Hamımızda eyni vəziyyətdir, bir qonşunun evinin çıxarışı o birinin həyətinə düşür. Kiminsə səhvi, səhlənkarlığı ucbatından illərdir öz evimizə sənəd alıb qeydiyyata düşə bilmirik.

Aidiyyəti quruma ərizə də yazmışıq, cavabda problemi təsdiqlədilər, ancaq həll üçün heç bir yol göstərmirlər. Bizi yola verirlər ki, gəlib nə vaxtsa həmin yalnışlıqları düzəldəcəklər. Amma öyrənirik ki, artıq bu ərazidə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xəritəçəkmə işləri yekunlaşıb". 

Ərazidə yaşayan digər sakinlər - Şahmurad Məmmədov, Pərvin Zeynalov, Dilarə Məmmədova və başqaları da oxşar problemlə üzləşdiklərini deyirlər. Onlar bildirirlər ki, qanunvericiliyə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı baş verən hər hansı texniki yanlışlığa görə sözügedən qurum məsuliyyət daşıyır və problemi həll etməyə borcludur.  

Vətəndaşların əsas problemlərindən biri bu nöqsana görə illərdir evlərindəki ünvana qeydiyyata düşə bilməməkləridir. Bütün kommunal xidmətlər öz adlarına olsa da, onlar şəxsi mənzillərində qeydiyyatsız yaşamağa məcburdurlar. 

Problemlə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Xidmətdən sorğumuza belə cavab aldıq: "Yaranmış problem ilkin alqı-satqı zamanı torpaq sahələrinin yerində düzgün tanıdılmaması və ya ümumiyyətlə yertanıtma olmadan sistemsiz məskunlaşma prosesindən qaynaqlanır. Belə ki, müasir geodeziya avadanlıqları vasitəsilə koordinatların naturaya köçürülmədən torpaq sahələrinin mərzlənməsi və ya hasarlanması nəticəsində bu prosesin miqyası genişlənib və hazırki problemlərə yol açıb.  

Qeyd edək ki, vətəndaşın faktiki torpaq sahəsinin üzərində digər vətəndaşın mülkiyyət sənədi qeydiyyata alınıb. Ona görə də vətəndaşın mülkiyyət hüququnun faktiki torpaq sahəsinin üzərində qeydiyyata alınması mümkün deyil. Yaşayış massivi daxilində yerləşən oxşar problemlə üzləşmiş vətəndaşların birgə müraciəti olarsa, məsələ araşdırılaraq dürüstləşmə işləri aparılacaq".

Açıqlamada şikayətçilərdən biri olan Pərvin Zeynalovun narazılığına bu cavab verilib: "​Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.035 ha torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Pərvin Zeynalov tərəfindən satın alınıb. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında vətəndaşa 2022-ci ilin mart ayının 1-də sözügedən torpağa dair həm çıxarış, həm də torpaq sahəsinin plan və ölçü sənədləri verilib.

Araşdırma zamanı məlum olub ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada (yerdə) yerləşməsi arasında fərq (35-37 metr) mövcuddur, yeri dəyişdirilib. Həmçinin faktiki torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür".

Üsyan sükanı arxasında: İranda etiraz yükü artıq daşınmır like
  • 11 İyn 10:54  
Siyasət Üsyan sükanı arxasında: İranda etiraz yükü artıq daşınmır

Tarixdə böyük xalq hərəkatları çox zaman iqtisadi detallardan başlayır.

arrow Ətraflı
Bakıda baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ like
  • 11 İyn 10:46  
Digərləri Bakıda baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakının Binəqədi rayonunda baş verən qəzanın görüntüləri yayılıb.

arrow Ətraflı
Şavkat Mirziyoyev futbolçulara BYD hədiyyə etdi  Əli Əsədov qələbəni stadiondan izlədi  FOTO like
  • 11 İyn 10:39  
Dünya Şavkat Mirziyoyev futbolçulara BYD hədiyyə etdi Əli Əsədov qələbəni stadiondan izlədi FOTO

Özbəkistan milli komandasının futbolçuları tarixi uğura görə ölkə ba�

arrow Ətraflı
“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi like
  • 11 İyn 10:35  
Digərləri “Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi

Qırmızı Ürəklər Fondu Qurban bayramı münasibətilə ölkənin 34 şəhə

arrow Ətraflı
Bu iPhone modellərindən istifadə edənlərə pis xəbər like
  • 11 İyn 10:30  
Digərləri Bu iPhone modellərindən istifadə edənlərə pis xəbər

iOS 26 yeniləməsini alacaq iPhone modelləri açıqlandı

arrow Ətraflı
Bakıda 2ci Türk Ticarət Sərgisi keçirilir  FOTO like
  • 11 İyn 10:25  
Digərləri Bakıda 2ci Türk Ticarət Sərgisi keçirilir FOTO

Bakı Ekspo Mərkəzində Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkda

arrow Ətraflı
Məşhur kanalın rəhbəri saxlanıldı like
  • 11 İyn 10:22  
Digərləri Məşhur kanalın rəhbəri saxlanıldı

"Halk" TV-nin rəhbəri Cəfər Mahiroğlu barəsində həbs qərarı

arrow Ətraflı
“Təhminə”nin aktrisası insult keçirdi like
  • 11 İyn 10:12  
Şou-biznes “Təhminə”nin aktrisası insult keçirdi

Moskvada yaşayan 75 yaşlı azərbaycanlı aktrisa insult keçirib.

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ  Saat 10:00da bu ərazilərdə... like
  • 11 İyn 09:54  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ Saat 10:00da bu ərazilərdə...

Bu gün Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişind�

arrow Ətraflı
Regionda səngər hərəkəti: Beş ölkənin XTQsi Bakıda döyüş ssenarilərini planlaşdırır!  FOTO like
  • 11 İyn 09:51  
Digərləri Regionda səngər hərəkəti: Beş ölkənin XTQsi Bakıda döyüş ssenarilərini planlaşdırır! FOTO

Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və

arrow Ətraflı
Dollar bu qiymətə satılacaq  Günün RƏSMİ MƏZƏNNƏSİ like
  • 11 İyn 09:24  
Digərləri Dollar bu qiymətə satılacaq Günün RƏSMİ MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bakıda müəllim şagirdlərin ağzını “skoç”layıb rəqs öyrətdi like
  • 11 İyn 09:18  
Digərləri Bakıda müəllim şagirdlərin ağzını “skoç”layıb rəqs öyrətdi

Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin mu

arrow Ətraflı
ABŞdə "vətəndaş müharibəsi"  Küçəyə çıxmaq like
  • 11 İyn 09:09  
Dünya ABŞdə "vətəndaş müharibəsi" Küçəyə çıxmaq

Los-Ancelesdə küçəyə çıxmaq qadağan edilib.

arrow Ətraflı
Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir?  AÇIQLAMA like
  • 11 İyn 08:47  
Digərləri Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadı

arrow Ətraflı
Evini satıb kəndə köçdü like
  • 11 İyn 08:08  
Şou-biznes Evini satıb kəndə köçdü

Müğənni Nurlan Əzizbəyli evini satıb, kəndə köçüb.

arrow Ətraflı