Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?
Siyasət 27 May 2025 23:47:00 109 0
Macarıstanın hakim partiyasının rəsmi nümayəndəsi Tamaş Mençer Kossuth radiostansiyasında çıxışında Avropa İttifaqını Rusiya- Ukrayna müharibəsini uzatmaqda ittiham edib. O, söyləyib ki, Avropa İttifaqının (Aİ) liderləri özlərini xilas etmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışırlar, çünki sülh gələrsə, uğursuz siyasətlərinə görə cavab verməli və istefaya getməli olacaqlar.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq
O, Aİ liderlərinin təşkilatın üzvü olmayan Ukraynanın xeyrinə icma ölkələrinin maraqlarına məhəl qoymamasını absurd adlandırıb:
"Onlar bunu özlərini xilas etmək üçün edirlər. Çünki sülh gələrsə, Rusiyaya qarşı müharibə ilə bağlı pis qərarların və sanksiyaların, Ukraynaya ayrılan 150 milyard avronun taleyinin hesabını verməli olacaqlar, həmçinin siyasi məsuliyyəti öz üzərlərinə götürüb istefa verməlidirlər ki, bunu açıq şəkildə istəmirlər".
Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov şərh edib.
O, bildirib ki, T.Mençerin dediklərində müəyyən həqiqət var. Məlum olduğu kimi, Avropa və ABŞ-nin davam edən savaşla bağlı mövqeyi üst- üstə düşmür. Avropa paytaxtlarının bir çoxu Vaşinqtondan fərqli olaraq müharibənin bitməsini istəmirlər. Çünki düşünürlər ki, Rusiya bu müharibədən qazanclı çıxacaq. Beləliklə, Avropa dövlətlərinin bir çoxu üçün yeni təhdid yaranacaq:
"ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra Avropa Ukraynaya dəstəyi artırıb. Bu, təsadüfi deyil. Avropa ölkələri itirilmiş və ya azaldılması gözlənilən dəstəyi kompensasiya etməyə çalışır.
Avropanın Ukraynaya dəstəyi artırması, Rusiyaya qarşı təzyiqlər, hətta verilən bəyanatlar özü də ABŞ-nin planlarını pozur. Sözsüz ki, Avropa mövqeyində dəyişiklik etsə, ABŞ, bəlkə də, çoxdan sülhə nail olmuşdu. Əlbəttə, Avropa Ukraynaya müharibədə qalib gəlməsinə, ərazi bütövlüyünü təmin etməsinə şərait yaradacaq səviyyədə dəstək göstərmir. Amma hər halda silahlandırır. Beləliklə, rəsmi Kiyev əslində Avropadan, xüsusilə fərdi şəkildə ona daha çox dəstək göstərən bəzi dövlətlərdən asılı duruma düşüb. Ukrayna bilir ki, Avropanın "çaldığı havanı oynamasa", daha ağır duruma düşə bilər. Beləliklə, bu gün Kiyev faktiki olaraq savaşı davam etdirməyə məcburdur".
Asya Son.az
"Atalara ödənişli 14 günlük məzuniyyət verilməsi ədalətli və ail

Əməkdar artist Vasif Məhərrəmli bu gün məclis edir.

Xəbər verdiyimiz kimi, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev La�

Yeni Zelandiya Palmerston North sakini 19 yaşlı Ryan Satterthwaite sosial med

Xəbər verdiyimiz kimi, bu gün Prezidenti İlham Əliyev Laçın kanat yolunun

ABŞ Prezidenti Donald Tramp mayın 25-də Rusiyanın Ukrayna şəhərlərinə h

İstanbul-Tbilisi marşrutu üzrə hərəkət edən "Turkish Airlines"

Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl Laçın şəh

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndiril�

Tanınmış meyxanaçı-müğənni Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əl

"VIA Qra" musiqi qrupu 25 ildən sonra fəaliyyətini dayandırıb.

Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti
