1316 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək
Dünya 07 Mar 2026 14:17:00 522 0
İndoneziya hakimiyyəti 16 yaşdan kiçik vətəndaşların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırıb.
Son.az xəbər verir ki, məhdudiyyətlər 28 mart 2026-cı ildən qüvvəyə minəcək və "YouTube", "TikTok", "Facebook", "Instagram", "Threads", "X", "Bigo Live" və "Roblox" kimi platformaları əhatə edəcək.
13 yaşdan kiçik uşaqlar yalnız xüsusi yaradılmış resurslardan istifadə edə biləcək, 13-16 yaş arası yeniyetmələr isə valideyn razılığı ilə aşağı riskli xidmətlərdən yararlana biləcəklər. Qaydaların pozulması halında sanksiyalar platformalara tətbiq olunacaq.
Asya Son.az
Source: milli.az
