“Həll tapılmasa, ordu daxildən çökə bilər”


Dünya 27 Mar 2026 06:06:00 235 0

“Həll tapılmasa, ordu daxildən çökə bilər”

"İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir".

Son.az KAN televiziyasına istinadən xəbər verir ki, bu barədə İsrail Baş Qərargah rəisi Eyal Zamir təhlükəsizlik kabinetinin iclasında xəbərdarlıq edib.

Zamir nazirlərə müraciətində bildirib ki, mövcud vəziyyət davam edərsə, ordunun fəaliyyətində ciddi problemlər yarana bilər.

"Daha çox kadr və əsgərə ehtiyacımız var. Əgər bu problemə həll tapılmasa, ordu daxildən çökə bilər", - deyə o vurğulayıb.

İclasda iştirak edən digər yüksək rütbəli hərbi rəsmilər də oxşar narahatlıqları dilə gətiriblər. Onların sözlərinə görə, orduda şəxsi heyətin sayı azalır, lakin eyni zamanda həyata keçirilən hərbi əməliyyatların miqyası genişlənir.