Xameneiyə suiqəsd planı bu tarixdən HAZIRLANIBMIŞ


Dünya 06 Mar 2026 15:00:00 270 0

Xameneiyə suiqəsd planı bu tarixdən HAZIRLANIBMIŞ

İsrail Baş naziri Benyamin Netanyahu İranın Ali rəhbəri Əli Xameneinin məhv edilməsi hədəfini 2025-ci ilin noyabrında qoymuşdu.

Son.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib. "Noyabr ayında baş nazirlə məhdud çərçivədə görüşdük. Həmin görüşdə o, Xameneini məhv etmək hədəfini qoydu", - o bildirib. İsrael Kats bundan əvvəl bəyan etmişdi ki, İrana qarşı hərbi əməliyyat 2026-cı ilin ortalarına planlaşdırılsa da, onu fevrala təxirə salmaq məcburiyyətində qalıblar.

Son.az