Güzəştli ipoteka da bir neçə saniyəyə bitdi


Digərləri 06 Mar 2026 11:45:45 236 0

Güzəştli ipoteka da bir neçə saniyəyə bitdi

Güzəştli ipoteka kreditləri üzrə növbəti seçim mərhələsi keçirilib.

Son.az xəbər verir ki, seçim prosesi bu gün saat 11:00-da başlayıb.

Redaksiyamıza müraciət edən vətəndaşlar seçim prosesindən narazı qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, limitlər 30 saniyə keçməmiş bitib. Vətəndaşlar bildirirlər ki, limitlərin bu qədər qısa müddətdə tükənməsi qeyri-mümkündür.

Qeyd edək ki, oxşar hal dünən də yaşanıb. Belə ki, vətəndaşlar bildiriblər ki, adi ipoteka kreditləri üzrə limitlər təxminən 1 dəqiqə ərzində bitib və bu zaman sistemdə də problemlər yaranıb.