Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili


Digərləri 06 Mar 2026 00:56:00 332 0

Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili

Mətbəximizin ən sadə məhsullarından olan qatıq və kətan toxumu bir araya gəldikdə bədən üçün əsl "təmizlik süpürgəsi" rolunu oynayır. Bu ikili xüsusilə damarların keçiriciliyini artırmaq və öd yollarını safradan təmizləmək baxımından əvəzsizdir.

Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, kətan toxumu tərkibindəki yüksək Omega-3 və liflər sayəsində, qatıq isə probiotik gücü ilə bir-birini tamamlayaraq orqanizmi daxildən bərpa edir.

Kətan toxumu qan damarlarının elastikliyini qoruyan və iltihabı azaldan yağ turşuları ilə zəngindir.

Kətan toxumunun tərkibindəki liflər bağırsaqlarda pis xolesterolun sorulmasının qarşısını alır, bu da damar tıxanıqlığı riskini minimuma endirir.

Damarların divarlarını təmizləyərək qanın daha rahat hərəkət etməsini təmin edir, infarkt riskini azaldır.