Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün BakıİğdırBakı marşrutu üzrə növbəti reyslər təşkil olunub


Digərləri 05 Mar 2026 23:21:00 227 0

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün BakıİğdırBakı marşrutu üzrə növbəti reyslər təşkil olunub

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub.

Son.az xəbər verir ki, mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

• sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı; • üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

Son.az