Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir


Dünya 05 Mar 2026 18:49:00 265 0

Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir

Böyük Britaniya İranın hücumlarını dəf etməyə yardım göstərmək üçün 4 "Typhoon" qırıcısını regiona göndərəcək.

Son.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.

"Bu təyyarələr Qətərdə və regionda müdafiə əməliyyatlarına qatılacaq", - Starmer qeyd edib.

Baş nazir, həmçinin "HMS Dragon" hərbi gəmisi, dron əleyhinə mübarizə apara bilən helikopterlərin və digər hərbi qüvvələrin bölgəyə göndərildiyini bildirib və bunun Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi güddüyünü vurğulayıb.

O, ABŞ-a Britaniya bazalarından İrana qarşı istifadə etməyə icazə verdiklərini də bildirib.