Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə


Digərləri 05 Mar 2026 03:03:00 243 0

Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə

Ramazan ayının gəlişi ilə iftar və sahur süfrələrinin ayrılmaz hissəsi olan çay və qəhvə ilə bağlı mütəxəssis xəbərdarlığı edilib.

Son.az xəbər verir ki, stomatoloq Demet Bozyiğit Yüksel bildirib ki, xüsusilə sahurda kofeinli içkilərin həddindən artıq qəbulu gün ərzində ağız quruluğunu və susuzluğu artırır, eyni zamanda diş əti problemlərinə zəmin yaradır.

Mütəxəssis vurğulayıb ki, Ramazan ayında uzun müddət ac və susuz qalmaq ağız mühitində turşuluğu artırır. Bu isə bakteriyalar üçün əlverişli şərait yaradır:

Diş çürümələrinin sayı artır, diş əti iltihabı və qızartı güclənir, ağız qoxusu daha kəskin olur, ağız quruluğu yaranır.

Oruc zamanı tüpürcək ifrazı azaldığı üçün onun təbii təmizləyici təsiri də zəifləyir. Buna görə iftar və sahurdan sonra dişlərin mütləq fırçalanması tövsiyə olunur.

Mütəxəssis xüsusilə sahurda qəbul edilən qidalara diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə:

Çay və qəhvə kimi kofeinli içkilər susuzluğu artırır

Turş və qazlı içkilər ağız quruluğunu gücləndirir