İrana hücumu bu mahnı ilə paylaşdılar


Digərləri 04 Mar 2026 20:06:00 219 0

İrana hücumu bu mahnı ilə paylaşdılar

İsrail Hərbi Hava Qüvvələri (IAF) rəsmi "X" hesabında İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı rezonans doğuran video paylaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, videoda İsrailin hava zərbələri nəticəsində zərərsizləşdirilən İranın yüksəkrütbəli hərbi və siyasi rəsmilərinin fotoları nümayiş etdirilib.

Paylaşımda dünyaca məşhur "Danza Kuduro" mahnısından istifadə olunması və "Our jets never go on holiday" ("Bizim qırıcılarımız heç vaxt tətilə çıxmır") şərhi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, görüntülərdə hədəf alınan generalların və dövlət rəsmilərinin siyahısı yer alıb ki, bu da İsrail ordusunun apardığı psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilir.