İlqar Mustafayevin səhhəti ağırlaşdı
Digərləri 04 Mar 2026 19:56:00 231 0
Dənizkənarı Bulvar İdarəsinin 12 milyonluq mənimsəmə ittihamı ilə həbs edilən sabiq sədri İlqar Mustafayevin səhhəti pisləşib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu səbəbdən bugünkü məhkəmə prosesi keçirilməyib.
Hakim Leyla Əsgərova-Məmmədova deyib ki, İlqar Mustafayevin hazırkı vəziyyəti məhkəmədə iştirakını istisna edir. Eks-sədrin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirildiyi, hazırda həkim nəzarətində olduğu bildirilib.
Source: milli.az
