İrandakı əməliyyatların görüntüləri yayıldı
Dünya 04 Mar 2026 10:48:00 275 1
İsrail Müdafiə Qüvvələri (IDF) İranda həyata keçirilən aviareydlərin görüntüsünü yayıb.
Son.az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Görüntülərin birində İsrail hava qüvvələrinin endirdiyi zərbə nəticəsində İranın hava hücumlarından müdafiə qüvvələrinə aid zenit-raket kompleksinin məhv edildiyini görmək olur.
Digər videoda isə İran ordusuna aid Rusiya istehsalı olan "Mi-17" helikopteri hədəfə alınır./Trend.Az
Source: milli.az
