Bakının mərkəzindəki 3 bina SÖKÜLÜR
Digərləri 28 Feb 2026 10:15:00 263 0
Bakının mərkəzində 3 bina sökülür.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir.
Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq oradan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür.
Source: milli.az
