Qadınlara təsir etmir, kişiləri isə daha tez qocaldır
Digərləri 28 Feb 2026 04:04:00 298 0
Perflorononanoik turşu (PFNA) və perflorooktanosülfonamid (PFOSA) bioloji yaşlanmanı sürətləndirir.
Son.az xəbər verir ki, bunu Şanxay Jiao Tong Universitetinin tədqiqatçıları müəyyən edib.
Məlumata görə, PFAS adlanan bu maddələr yapışmaz qab-qacaq, suya davamlı geyim, yanğınsöndürmə köpükləri və qida qablaşdırmalarında geniş istifadə olunur. Bu maddələr çox güclü molekulyar bağlara malikdir, buna görə təbiətdə çətin parçalanır. PFAS çirkliliyi indi su, torpaq və canlı toxumalarında getdikcə daha çox aşkar edilir və bu kimyəvi maddələrin bəzi növləri xərçəng, piylənmə, sonsuzluq və hormonal balanssızlıq ilə əlaqələndirilir.
PFOS, PFOA və PFHS kimi bəzi köhnə PFAS növləri 2001-ci il Stokholm Konvensiyası çərçivəsində qlobal miqyasda mərhələli şəkildə ləğv edilib. Lakin o vaxtdan bəri, məsələn süni intellekt verilənlər mərkəzləri kimi yeni sahələrdə istifadə üçün yeni PFAS növləri bazara çıxarılıb.
Belə ki, araşdırmada ABŞ-dən 326 şəxsin qanında 11 PFAS növü ölçülüb. PFNA və PFOSA səviyyəsi yüksək olan 50-64 yaşlı kişilərdə yaşlanma sürəti daha tez gedib, qadınlarda belə təsir müşahidə olunmayıb.
