Bu şəxlərin gecə işləməsinə icazə verilmir


Digərləri 27 Feb 2026 17:30:00 241 0

Bu şəxlərin gecə işləməsinə icazə verilmir

Gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18 az olan işçilərin cəlb edilməsinə yol verilmir.

Son.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsinin 98-ci maddəsində əksini tapıb.

əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar, 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.