Bakıda bu ərazidən şəhərə gedənlərə ŞAD XƏBƏR


Digərləri 27 Feb 2026 16:19:00 321 0

Bakıda bu ərazidən şəhərə gedənlərə ŞAD XƏBƏR

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

Son.az xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu "Karsan" markalı avtobuslar fəaliyyət göstərəcək.

13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Aysel Son.az