Bütün sosial ödənişlər VERİLDİ


Digərləri 27 Feb 2026 11:44:00 286 0

Bütün sosial ödənişlər VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Son.az-a Nazirlikdən məlumat verilib.

Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.