DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarını anıblar


Digərləri 26 Feb 2026 17:49:00 275 0

DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarını anıblar

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anmışlar.

Son.az xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət etmişlər.

Abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.


Video for this news