Sahib Məmmədov daha bir şöbə müdirini işdən çıxardı


Digərləri 25 Feb 2026 16:28:03 255 0

Sahib Məmmədov daha bir şöbə müdirini işdən çıxardı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Hüquq şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Son.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əfsanə Hüsaməddin qızı Məstiyeva Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Digər əmrlə isə o, Hüquq şöbəsinin müdir müavini təyin olunub və şöbə müdiri vəzifəsini müvəqqəti icrası da ona tapşırılıb.