Vətən müharibəsində hər 2 gözünü itirən qazi KÖVRƏLTDİ


Digərləri 25 Feb 2026 15:00:00 251 0

Vətən müharibəsində hər 2 gözünü itirən qazi KÖVRƏLTDİ

Sosial şəbəkələrdə yayılan video izləyiciləri duyğulandırıb.

Son.az xəbər verir ki, Vətən müharibəsində hər iki gözünü itirən qazi Saməddin kövrək açıqlaması ilə diqqət çəkib.

Görmə qabiliyyətini tamamilə itirən qazi videoda valideynləri ilə bağlı hisslərini bölüşərkən göz yaşlarını saxlaya bilməyib. O, ən böyük ağrısının ata-anasının necə qocaldığını görə bilməməsi olduğunu deyib.

"Mən valideynlərimin necə qocaldığını görə bilmədim. Onların üzündəki dəyişiklikləri, saçlarına düşən ağları görmək qismət olmadı...".

Onun bu sözləri sosial mediada minlərlə insanı təsirləndirib. İzləyicilər şərhlərdə qaziyə dəstək mesajları yazaraq, onun fədakarlığını yüksək qiymətləndiriblər.