7 kəndi birləşdirən yolda güclü sürüşmə OLDU
Digərləri 25 Feb 2026 11:11:00 289 0
Lənkəranda yolda sürüşmə olub.
Son.az xəbər verir ki, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü çöküb, nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.
Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini şəhər mərkəzi ilə birləşdirir./Apa
Source: milli.az
