Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayır
Digərləri 25 Feb 2026 11:36:00 270 0
Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.
Son.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qruplarını, 1-10-cu sinifləri əhatə edəcək.
Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.
Source: milli.az
