Təkrar pozuntu edən kanalı nə gözləyir? Dayandırma yoxsa ləğv


Digərləri 23 Feb 2026 15:58:00 370 0

Təkrar pozuntu edən kanalı nə gözləyir?  Dayandırma yoxsa ləğv

Audiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif televiziya kanallarının yayımının müvəqqəti dayandırılması ilə bağlı müvafiq qərarlar qəbul etməsinin şahidi oluruq. Yayımın dayandırılması müddəti adətən bir neçə saat olsa da, bu, 24 saat da təşkil edə bilir.

Qurumun yaydığı press-relizlərdə qayda pozuntusuna yol verən teleşirkətlərin adı bəzi hallarda eyninilik təşkil edir. Belə ki, hansısa telekanalın müxtəlif zamanlarda yayımı eyni və fərqli səbəblərdən bir neçə dəfə müvəqqəti dayandırılır.

Bəs görəsən, telekanalın yayımı bir neçə dəfə, təkrarən müvəqqəti dayandırıldığı halda, onun lisenziyası ləğv edilə bilərmi?

Son.az xəbər verir ki, məsələ ilə bağlı Audiovizual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Media haqqında" Qanunda yayımın dayandırılması sanksiyasının tətbiqi ilə əlaqədar lisenziyanın ləğvinə əsas yaradan hal mövcud deyil:

"Tətbiq olunan yayımın dayandırılması sanksiyasının sayı da lisenziyanın ləğvinə təsir etmir və bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hər hansı inzibati tənbeh tədbiri (cərimə) yer almayıb.

Bununla yanaşı, eyni qanunvericilik pozuntusu eyni audiovizual media subyekti tərəfindən mütəmadi olaraq törədildikdə Audiovizual Şura üzvləri yayımın dayandırılması müddətinin (1-24 saat arası və 1-30 gün arası) daha uzunmüddətlisini tətbiq edə bilərlər.

Yəni, hər hansı audiovizual media subyektinə qarşı 3 saatlıq dayandırma tətbiq edilirsə, növbəti eyni pozuntu halından sonra bu dayandırma müddəti daha uzun (24 saatdan çox olmayaraq) ola bilər".

Qeyd edilib ki, aidiyyəti qanunvericilik aktlarından irəli gələn tələblərlə bağlı inzibati sanksiya tədbiri nəzərdə tutulmuş hər hansı qanun pozuntusuna münasibətdə həmin sanksiyanın dərəcəsinin, pozuntuya mütənasibliyinin müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir.

Audiovizual media sahəsində lisenziyanın ləğvi