Oğruya xəsarət yetirmək cinayət SAYILIR?


Digərləri 23 Feb 2026 14:52:00 239 0

Oğruya xəsarət yetirmək cinayət SAYILIR?

Evinizə oğru daxil olarsa, sizə müqavimət göstərərsə və siz də özünüzü müdafiə etmək məqsədilə ona xəsarət yetirərsinizsə, bu, cinayət məsuliyyətinə səbəb olmaya bilər.

Son.az-ın məlumatına görə, bu, Cinayət Məcəlləsinin 36.1-ci maddəsində əksini tapıb.

Belə ki, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını, hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.


Photos for this news