"Taleyinə uğurunu ailəsi ilə bölüşmək yazılmadı..." FOTO
Digərləri 17 May 2025 10:30:00 57 0
Gəncədə döyülərək öldürülən 11-ci sinif şagirdi Elgün İbrahimovun Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb
Bu xəbəri də oxu: Burada pulu küçəyə səpirlər, maaşı da kilo ilə ALIRLAR
Son.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Elgünün anası danışdı: "Bazar günləri restoranda ofisiant işləyirdi" Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatıGəncədə baş verən faciəli hadisədə döyülərək həyatını itirən 11-ci sinif şagirdi Elgün İbrahimovun 2025-ci ilin mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticələri açıqlanıb.
Məlumata görə, mərhum şagird Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplayaraq uğurlu nəticə göstərib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu barədə ailəsinə və yaxınlarına SMS-bildiriş göndərilib.
Bundan əlavə, Elgün 2025-ci ilin mart ayının 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında da uğurla iştirak etmiş və 300 ballıq sistemdə 204 bal toplamışdı.
Kamran Əsədov paylaşımına əlavə edib:
"Təhsilinə xüsusi önəm verən Elgün bu nəticəni əldə etmək üçün aylarla əziyyət çəkib. Lakin onun taleyinə çalışqanlığının bəhrəsini görmək, uğurunu ailəsi ilə bölüşmək yazılmadı
Allah rəhmət eləsin" .
Xatırladaq ki, 18 yaşlı Elgün İbrahimov bir neçə günöncə Gəncə şəhərində küçədə döyülərək öldürülüb. Hadisə ilə bağlı araşdırma davam edir.
Fidan Son.az
Bakıda çəkilən kadrlar maraq doğurub.

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Prezident İlham Əliyev may ayının 15-i Albaniyaya yola düşüb. O, Avropa S

Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heyk

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinat�

Yay ayları təkcə günəş, dəniz və istirahət deyil, həm də yeni romanti

"Ukrayna sülh istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin sülhə cid

Abşeron rayonu ərazisində tunelin tikintisi ilə əlaqədar yol bağlanır.

Hamiləlik dövründə sağlam qidalanma həm ana, həm də körpə üçün oldu

"Onlar kimi restoranlarda oturmuram, oxuyub evimə qayıdıram"

ABŞ-da aparılan araşdırma enerji içkilərindəki taurinin qan xərçəngin
