Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı olub VİDEO FOTO
Kriminal 17 May 2025 09:37:00 59 0
Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub.
Bu xəbəri də oxu: Yeni "Quli" peyda oldu Böyük "müharibə" olacaq FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Əbədiyyətin ifadəsi" sərgisində müəllifin rəngkarlıq, heykəltaraşlıq sahəsində əsərləri təqdim edilir. Braziliyalı rəssamın məhz Azərbaycanda ilk dəfə nümayiş olunan əsərləri də yer alıb.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Luiz de Souzanın əsərləri dünyanın müxtəlif sərgilərində nümayiş olunur. Bakıda isə məhz Heydər Əliyev Mərkəzindəki sərgi üçün təqdim olunan bir sıra yeni əsərlər nümayiş etdirilir.
Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Heydər Əliyev Mərkəzində irəli sürülən bu təşəbbüsə görə minnətdarlığını bildirib. "Biz Luiz de Souzanın yaradıcılıq fəaliyyətinə baxsaq görərik ki, nə dərəcədə peşəkarcasına çalarları, müxtəlif fiqurları, perspektivləri və digər vasitələri bir araya gətirir", - deyə vurğulayıb.
Braziliyalı rəssam Luiz De Souza özünəməxsus gözəlliyi, zəngin tarixi olan Azərbaycanın incəsənətə nə dərəcədə böyük dəyər verdiyinin şahidi olduğunu bildirib. O, ərsəyə gətirdiyi əsərləri barədə danışıb: "Həyatımda mənə ən böyük təsir göstərən məsələ zamandır. Zamanla yaratdığım əsərlər heç də mənə asan gəlməyib. Bəzi hallarda əsərləri yaradanda çox sürətlə edirəm, digər tərəfdən o qədər də ləng. Bəzi hallarda isə özüm-özümlə mübarizəyə çıxıram. Həmçinin bu gün Heydər Əliyev Mərkəzində doğum günümdə sərginin açılışının olması mənə hədsiz bir sevinc gətirdi", - deyə vurğulayıb.
Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi Luiz de Souzanın zamanla münasibətindən qaynaqlanır. Müəllif hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir və bu halda zaman riyazi hesabla deyil, xüsusi ölçü ilə davam edir.
Luiz de Souza əmindir ki, bu gün istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir. Halbuki, məhz daha uzun zaman tələb edən rəngkarlıq və heykəltaraşlıq üsulları əsərlərə orijinallıq və dəyər qazandırır.
Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən "Gerisayım" adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi dünyada moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir. Sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən gedirmiş kimi. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Rəssam bununla bəşəriyyətin fəaliyyətinin yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirdiyini vurğulayır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinat�

Yay ayları təkcə günəş, dəniz və istirahət deyil, həm də yeni romanti

"Ukrayna sülh istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin sülhə cid

Abşeron rayonu ərazisində tunelin tikintisi ilə əlaqədar yol bağlanır.

Hamiləlik dövründə sağlam qidalanma həm ana, həm də körpə üçün oldu

"Onlar kimi restoranlarda oturmuram, oxuyub evimə qayıdıram"

ABŞ-da aparılan araşdırma enerji içkilərindəki taurinin qan xərçəngin

Ətir seçimi sadəcə qoxu deyil. Bu, əhval-ruhiyyə, ilk təəssürat və ət

Yayda açıq havada vaxt keçirmək xoş olsa da, gənə təhlükəsini gözard�

Dünya ulduzu Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüse

Kitab oxuma vərdişi qazanmaq zaman və səbr tələb edir, amma düzgün yana�

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun da

Mayın 16-da saat 21 radələrində Ağdaş rayonu ərazisində 32 yaşlı Məh�
