"Bitcoin" və altkoinlər niyə ucuzlaşdı?


Digərləri 04 Fev 2025 12:13:00 52 0

"Bitcoin" və altkoinlər niyə ucuzlaşdı?

Son məlumatlara görə, "Bitcoin"in (BTC) 28 mart tarixinə qədər 75 min dollara enmə ehtimalı 22%-ə yüksəlib. Bu göstərici bir həftə əvvəl 10% idi. ABŞ-ın Kanada, Meksika və Çinə tətbiq etdiyi yeni rüsumlar və inflyasiya narahatlığı kriptovalyuta bazarında dalğalanmalara səbəb olub.

Son.az xəbər verir ki, son dörd gündə "Bitcoin" 11% dəyər itirərək 93 min dolların, "Ethereum" (ETH) isə 2 min 200 dolların altına düşüb (Hazırda 95 min dollar səviyyəsində ticarə edir). Mütəxəssislər bildirirlər ki, texniki göstəricilərlə yanaşı, qlobal iqtisadi hadisələr də bu azalmaya təkan verib.

Qlobal iqtisadi qeyri-müəyyənliklər və rüsumların təsiri  

ABŞ-ın ticarət tərəfdaşlarına tətbiq etdiyi əlavə vergilər idxal mallarının qiymətini artırır. Xüsusilə Çin üçün 10%, Meksika və Kanada üçün isə 25% əlavə rüsumlar inflyasiya təzyiqlərini gücləndirir. Bu vəziyyət mərkəzi bankların faiz endirimi gözləntilərinin azalmasına və nəticədə ABŞ dollarının dəyər qazanmasına səbəb olub. Dolların güclənməsi isə qlobal likvidliyin azalması ilə birlikdə riskli aktivlər hesab edilən kriptovalyutalara mənfi təsir edib.  

"Derive" analitikləri rüsumların istehlakçı qiymətlərinə təsir edəcəyi ilə bağlı xəbərdarlıq ediblər. "Bitwise"ın Avropa üzrə məsul şəxsi Andre Draqoş pul təklifindəki azalmanın maliyyə bazarlarında şok effekti yarada biləcəyini bildirib. ABŞ prezidenti Donald Trampın elan etdiyi yeni idxal rüsumları həm maliyyə bazarlarına, həm də kriptovalyutalara təzyiq göstərib. Rüsumların qlobal tədarük zəncirlərinə və inflyasiyaya təsiri investorların risk algısını artırıb.  

Kriptovalyuta bazarı, adətən, makroiqtisadi hadisələrə sürətli reaksiya verir. Trampın rüsum açıqlamasından sonra "Dogecoin" və "Shiba Inu"da baş verən satış dalğası bu vəziyyəti təsdiqləyir. Eyni zamanda, qlobal fond bazarlarındakı eniş tendensiyası da kriptovalyutalara olan tələbi müvəqqəti olaraq zəiflədib.  

Texniki analiz və mütəxəssis proqnozları  

"Bitcoin" qrafiklərində meydana gələn ikili zirvə forması 75 min dollar hədəfini göstərir. Bu texniki siqnal bazarda satıcıların üstünlük təşkil etdiyini göstərir. Artur Heys kimi bəzi analitiklər isə bu azalmanın müvəqqəti olduğunu və daha sonra yeni bir artım dalğasının başlaya biləcəyini bildirirlər. Heysə görə, "Bitcoin" 75 min dollar səviyyəsinə düşdükdən sonra daha güclü bir bərpa prosesi keçə bilər.  

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) "Dogecoin", "Solana" (SOL), "XRP" və "Litecoin" (LTC) ilə bağlı tənzimləmə addımları bazarlarda hərəkətlilik gözləntisini artırıb. Bu aktivlərin rəsmi təsdiq alması kapital axınlarını gücləndirə bilər. ABŞ Federal Ehtiyat Sisteminin (Fed) mümkün müsbət müdaxilələri də kriptovalyuta bazarında inamı bərpa edə bilər.  

Likvidlik azalması və fyuçers bazarında geriləmə  

Son 24 saat ərzində "Dogecoin"də milyonlarla dollarlıq likvidasiya əməliyyatı həyata keçirilib. "Shiba Inu"da isə likvidasiya həcmi nisbətən aşağı qalsa da, qiymət azalma tendensiyasını davam etdirib. Likvidasiyaların artması investorların stop-loss əmrlərini tetikləyərək satış təzyiqini daha da gücləndirib.  

Fyuçers bazarı göstəriciləri açıq mövqelərin sürətlə azaldığını göstərir. "Dogecoin"də 33%, "Shiba Inu"da isə 46%-lik azalma bu aktivlərə olan inamın zəiflədiyini əks etdirir. Bazar iştirakçıları ticarət həcminin azalmasını volatilliyin artacağına işarə kimi qiymətləndirirlər.  

Kriptovalyuta bazarında likvidlik azalması, adətən, qiymət hərəkətlərinin kəskin olduğu dövrlərdə baş verir. Mövcud vəziyyət investorların qısamüddətli spekulyativ əməliyyatlardan çəkinməli olduğuna işarə edir./valyuta.az

DYPdən XƏBƏRDARLIQ like
  • 04 Fev 12:09  
Digərləri DYPdən XƏBƏRDARLIQ

Yollarda piyadaların məsuliyyətsiz davranışı həm onların öz təhlükəs

arrow Ətraflı
Qadın özünü avtomobilin altına atdı like
  • 04 Fev 11:56  
Digərləri Qadın özünü avtomobilin altına atdı

Dünən Binəqədi rayonu ərazisində, "Avtovağzal" metrostansiyası

arrow Ətraflı
KOBİA 2024ci ildə hansı uğurlara imza atıb?  1050yə yaxın təlim... like
  • 04 Fev 11:50  
Digərləri KOBİA 2024ci ildə hansı uğurlara imza atıb? 1050yə yaxın təlim...

Ötən il KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yax

arrow Ətraflı
Dizlərdəki xırçıltının səbəbləri   Təhlükəli ola bilər like
  • 04 Fev 11:45  
Digərləri Dizlərdəki xırçıltının səbəbləri Təhlükəli ola bilər

Dizlərdəki xırçıltı (krepetasiya) müxtəlif səbəblərdən qaynaqlana bi

arrow Ətraflı
Rusiyada zəlzələ oldu like
  • 04 Fev 11:40  
Digərləri Rusiyada zəlzələ oldu

Şimali Kuril adalarının sahillərində zəlzələ baş verib.

arrow Ətraflı
Bakının bu rayonlarında su olmayacaq like
  • 04 Fev 11:26  
Digərləri Bakının bu rayonlarında su olmayacaq

Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin

arrow Ətraflı
Azərbaycanda alim vəfat etdi like
  • 04 Fev 11:18  
Digərləri Azərbaycanda alim vəfat etdi

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli

arrow Ətraflı
Azərbaycanda fermerləri SEVİNDİRƏCƏK XƏBƏR like
  • 04 Fev 11:12  
Digərləri Azərbaycanda fermerləri SEVİNDİRƏCƏK XƏBƏR

Aqrar Subsidiya Şurası əkin subsidiyalarının alınması üçün sığortala

arrow Ətraflı
Supermodel olmaq potensialına sahib bürclər  Doğuşdan like
  • 04 Fev 11:11  
Digərləri Supermodel olmaq potensialına sahib bürclər Doğuşdan

Moda dünyasında diqqətçəkən yeriş, təsir edici duruş və heyranedici ö

arrow Ətraflı
Britaniya: Ermənistandan olan müştərilərə nəzarət gücləndirilməlidir  Rusiya Faktoru... like
  • 04 Fev 11:06  
Dünya Britaniya: Ermənistandan olan müştərilərə nəzarət gücləndirilməlidir Rusiya Faktoru...

Rusiya üçüncü ölkələrdəki subyektlər vasitəsilə Qərb istehsalı olan

arrow Ətraflı
Baş müşavir Milli Məclisdə vəzifəyə gətirildi like
  • 04 Fev 10:59  
Digərləri Baş müşavir Milli Məclisdə vəzifəyə gətirildi

Milli Məclisdə yeni sektor müdiri təyin edilib.

arrow Ətraflı
Aktau hadisəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq like
  • 04 Fev 10:53  
Digərləri Aktau hadisəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin Aktau

arrow Ətraflı
Trampdan RusiyaUkrayna müharibəsi ilə bağlı AÇIQLAMA like
  • 04 Fev 10:47  
Dünya Trampdan RusiyaUkrayna müharibəsi ilə bağlı AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp son zamanlar Rusiya-Ukrayna müharibəsi ilə bağl

arrow Ətraflı
Bu rayon işıqsız qalacaq like
  • 04 Fev 10:39  
Digərləri Bu rayon işıqsız qalacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində

arrow Ətraflı